Gundemxeber.az xəbər verir ki, sübh saatlarında işdən qayıdan ofisiant maşını ilə dörd “Ferrari”ni əzib. Ofisiant 390 min dollarlıq ziyanı ödəmək üçün 28 il işləməlidir. Lin Çin-hsianq baş verənləri sosial şəbəkədə paylaşıb. Bundan sonra isə bir çox insan ona yardım təklifi edib. Lin bazar günü səhərə yaın işdən çıxıb evə qayıdıb. Kilsələrlə işləyən anasına kömək etmək üçün yaxınlıqdakı məbədin sifarişini aparmaq qərarına gəlib. Yorğunluqdan sükan arxasında yuxuya gedib və səhər mənzərəsini seyr etmək üçün yola çıxan bir qrup “Ferrari” avtomobili ilə toqquşub. Qəza nəticəsində 4 avtomobilə 390 min dollar ziyan dəyib. Lin isə bunu ödəmək üçün 28 il işləməlidir. 20 yaşlı ofisiant anası və qardaşları ilə bir komada yaşayır. Atası öldükdən sonra evi dolandırmaq üçün məktəb təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?