Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Qaçıqçının qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.
Gundemxeber.az xəbər verir ki, ilk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur.
Həmçinin Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmələri barədə sorğu göndərdikləri, lakin cavab ala bilmədikləri də qeyd olunur.
Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq hərəkətlərinin davam etdiyi də diqqətə çatdırılıb.
Sorğu
Yeni dizaynımız necədir?