Moskvanın Krasnoarmeysk rayonunun 59 yaşlı sakini şəhər qəbiristanlığında ölü tapılıb.
Gundemxeber.az teleqraf.com-a istinaden xəbər verir ki, qadın oğlunun məzarını ziyarət etməyə gedib. Faciəli hadisə barədə “REN TV” telekanalı məlumat yayıb. Məlumata görə, qadını yaxınları oğlunun məzarı başında aşkar ediblər. Onlar təcili yardıma zəng edib, ancaq hadisə yerinə gələn tibb işçiləri ölüm faktını təsdiq etməli olublar. İlkin versiyaya görə, qadın donvurmadan dünyasını dəyişib. Daha öncə “Qazeta.ru” saytı Moskvada 80 yaşlı riyaziyyatçı Eduard Dubovun dekabrın 22-də donaraq öldüyü barədə məlumat yaymışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?