Ötən gün axşam saatlarında Şamaxı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər mənzilin qapısını açıb və 1949-cu il təvəllüdlü Siracəddinova Mahirə Abdulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Sorğu
Yeni dizaynımız necədir?