GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Avropa Məhkəməsi 6 şikayət üzrə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi 6 şikayət üzrə kommunikasiyaya başlayıb

Tarix: 8-01-2019, 15:31 Bölmə :Maraqlı Baxış: 547
Avropa Məhkəməsi 6 şikayət üzrə kommunikasiyaya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir neçə iş üzrə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı öz facebook səhifəsində məlumat yayıb.

Kommunikasiyası başlanan şikayətlər aşağıdakılardır.

- Məhkəmə Azadlıq qəzeti və qəzetin baş redaktoru Qənimət Zayidovun işi ilə bağlı 2 kommunikasiyaya başlayıb. Bu iş Tariyel Ağayevin Azadlıq qəzetinə qarşı qaldırdığı diffamasya iddiası ilə bağlıdır. Yerli məhkəmələr təkzib verilməsi və ümumilikdə 65 000 manat kompensasiya ödənilməsinə dair qərarlar verib. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsi (Fikri ifadə etmək azadlığı) üzrə hökümətə suallar göndərib.

Avropa Məhkəməsinə şikayət 2008-ci il aprelin 1-də göndərilib. Şikayət Azərbaycan prezidentinin keçmiş köməkçisi Tariyel Ağayevin iddiasındandır.

Tariyel Ağayev Azadlıq qəzetində dərc edilmiş “Prezident köməkçisinin korrupsiya aparatı”, “Tariyel Ağayev - sabiq prezidentin sabiq köməkçisi hansı masştablı korrupsiya ilə məşğul olurmuş” və “Göy balinalar və Ağayev Bayramın nəvələrinin iştahı” sərlövhəli məqalələrdən narazı qalaraq nəşri məhkəməyə verib və qəzetdən 180.000 manat dəyərində mənəvi zərər tələb edib. Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib - dövlət məmurunu narazı salan yazıların təkzib olunmasını, Azadlıq qəzetinin redaksiyasının üzərinə 40 000, Qənimət Zayidovun üzərinə isə 25.000 manat cərimə qoyub. Qərardan verilən apelyasiya və kassasiya şikayətləri təmin edilməyib.

- Avropa Məhkəməsi Müdafiə Nazirliyinin şikayəti əsasında Azadlıq qəzetinin 10 000 manat cərimələnməsi ilə bağlı iş üzrə də kommunikasiyaya başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi Azadlıq qəzetini və əməkdaşı Xəqani Əliyevi qəzetin 20-24 mart 2013-cü il tarixli sayında dərc olunan “Ordu, yoxsa can bazarı” sərlövhəli yazıya görə məhkəməyə verib. İddia ərizəsi nazir müavini Çingiz Məmmədovun adından verilib. Qəzetdən təkzib və 100 min manat təzminat tələb edilib. Yasamal Rayon Məhkəməsində bu şikayətlə qismən təmin edib və qəzeti 10 000 manat cərimələyib.

- Avropa Məhkəməsi bloger Aleksandr Lapşinin işi üzrə kommunikasiyaya başlayıb. Lapşin iddia edir ki, ona təcridxanada həyatına sui-qəsd olub, səlahiyyətli qurumlar həyatını qorumayıblar və şikayətini araşdırmayıblar. O, həmçinin Belarusdan Azərbaycana gətirilərkən və təcridxanada saxlanılarkən qeyri-insani rəftara məruz qaldığını iddia edib. Lapşin 7 ay təcridxanada tək saxlanmağından da şikayət edib. Avropa Məhkəməsi ərizəçinin şikayəti ilə bağlı hüquq müdafiə vasitələrini tükəndirib-tükəndirməməsi, Belarusdan Azərbaycana köçürülərkən qeyri insani rəftara məruz qalması şikayəti ilə bağlı 6 aylıq müddət tələbinə riayət olunub-olunmaması, Konvensiyanın 2-ci maddəsi (Yaşamaq hüququ) üzrə ərizəçinin hüquqlarının pozulub-pozulmaması, xüsusən dövlət qurumlarının ərizəçinin həyatına qəsddə iştirak edib-etməməsi, effektiv araşdırmanın aparılması, təcridxanada ərizəçinin tək saxlanmasının Konvensiyanın 3-cü maddəsini (İşgəncələrin qadağan olunması) pozması halının olub-olmaması ilə bağlı suallar göndərib.

Bloger Aleksandr Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. O 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın ermənilərin nəzarətində olan Dağlıq Qarabağ regionuna getdiyinə görə 2017-ci ilin fevralında Belarusda tutularaq Azərbaycana təhvil verilib.

2017-ci il iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqeri 3 il müddətinə azadlıqdan məhrum edib.

2017-ci ilin sentyabrında Azərbaycan prezidenti Aleksandr Lapşini əfv edib.

- Avropa Məhkəməsi Ramiz Cəfərovun şikayəti ilə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb. Bu iş ərizəçinin prokurorluqda işləyərkən xidmət illərinin düzgün hesablanmaması və buna görə pensiyanın düzgün təyin edilməməsi ilə bağlıdır. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi) pozuntusu ilə bağlı suallar göndərib.

Belə ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərov 2014-cü ildə “Pensiyanın yenidən hesablanması, azaldılmış pensiyanın və pensiyaya əlavənin, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi” ilə Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin keçmiş müdiri Əsgər Əsgərovu məhkəməyə verib. Cəfərov məhkəmələrin qərarı ilə razılaşmayaraq Avropa Məhkəməsinə şikayət edib.

- Jurnalist Əvəz Zeynalov və Xural qəzetinin işi üzrə kommunikasiya ərizəçilərin 2011-ci ildə pivə zavodu tərəfindən diffamasiya ilə məhkəməyə verilməsi ilə bağlıdır. Yerli məhkəmələr qəzetin təkzib verməsi və 7000 manat zərərin ödənilməsinə dair qərar çıxarıb. Avropa Məhkəməsi Konvensiyanın 10-cu maddəsinin ((Fikri ifadə etmək azadlığı)) pozuntusu ilə bağlı suallar göndərib.

Xural qəzeti və baş redaktor Əvəz Zeynallı “Xırdalan pivə zavodu kimi tanınan qurumda nələr baş verir?”, “Moskva “Baltika-Bakı” MMC-ni yoxlamağa gəlir”, “Adam Tlexuray bizi Vladimir Putinlə hədələyir!” sərlövhəli məqalələrə görə 2011-ci ilin sonunda məhkəməyə verilib. İddiaçı qəzetin üzr istəməsini, təkzib verməsini, mənəvi zərərə görə 150 000 AZN təzminat ödəməsini tələb edib. Nərimanov Rayon Məhkəməsi qəzeti 50 000 manat cərimələyib, qəzetin və yazı müəlliflərinin üzərinə təkzib vermək, üzr istəmək vəzifəsi qoyub. Bu qərarla razılaşmayan iddiaçının şikayətinə baxan Apellyasiya Məhkəməsi cəriminən məbləğini 25 000, Ali Məhkəmə isə 7 000 manata endirib.
- Əlövsət Osmanlının işi Təhsil Problemləri İnstitutu tərəfindən mülki qaydada məhkəməyə verilməsi ilə bağlıdır. Konvensiyanın 10-cu maddəsinin (Fikri ifadə etmək azadlığı) pozuntusu ilə bağlı hökümətə suallar göndərilib.

2010-cu ildə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri “Pedoqogika” nəşriyatının direktoru Əlövsət Osmanlıya qarşı Cinayət Məclləsinin 147-ci maddəsi (böhtan) üzrə iddia qaldırıb. Ekspertin “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” ifadəsi iddiaya səbəb olub.

Əlövsət Osmanlı 2013-cü ilin sentyabrında vəfat edib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Məhkəməsi Azərbaycandan olan bir neçə şikayət üzrə kommunikasiyaya başlayıb

    Avropa Məhkəməsi Azərbaycandan olan bir neçə ...

    25-09-2018, 17:29

  • 
  • Avropa Məhkəməsi on ildən sonra Qənimət Zayidovun şikayəti üzrə kommunikasiyaya başlayıb

    Avropa Məhkəməsi on ildən sonra Qənimət Zayidovun ...

    4-04-2018, 14:08

  • 
  • Avropa məhkəməsi Emin Hüseynovun şikayəti üzrə kommunikasiyaya başlayıb

    Avropa məhkəməsi Emin Hüseynovun şikayəti üzrə ...

    8-05-2018, 11:00

  • 
  • Avropa Məhkəməsi Əfqan Muxtarlının şikyəti üzrə kommunikasiyaya başlayıb

    Avropa Məhkəməsi Əfqan Muxtarlının şikyəti üzrə ...

    5-05-2018, 21:16

  • 
  • Avropa Məhkəməsi Azərbaycana qarşı iki şikayətə baxacaq

    Avropa Məhkəməsi Azərbaycana qarşı iki şikayətə ...

    28-03-2018, 11:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu