Cənubi Afrika Respublikasında güllə yarası alan hamilə qadın sağ qalıb. Onun sağ qalması möcüzə deyil. Möcüzə onun kürəyində güllə dünyaya uşaq gətirməsidir.
Gundemxeber.az xəbər verir ki, hadisə Middelburq şəhərində baş verib. 38 yaşlı Kristo Malder həyat yoldaşı Renske Erasmus və üç qızı ilə birlikdə maşında gedərkən onlara soyğunçular hücum edib. Ər və arvad yaralanıb, onları təcili tibbi yardım maşınında xəstəxanaya çatdırıblar. Yaralıların vəziyyəti sabitləşəndə Kristonun sancıları başlayıb. Həkimlər onun kürəyindəki gülləni çıxarmağa imkan tapmayıblar. Bu halda qeysəriyyə əməliyyatına başlayıblar. Doğuş uğurla keçib. Kristonun 3,6 kq çəkisində dördüncü övladı dünyaya gəlib.
Ər və arvadın həkimi Deon van der Merve deyib ki, onlar əzmkarlıq nümayiş etdirməsəydi, nəinki dördüncü uşaq dünyaya gəlməzdi, hətta güllə yarasından ölə bilərdilər. Renske artıq sağalıb və qızlarının yanına yollanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?