Anatolia Verdatella adlı italiyalı 101 yaşlı qadın uşaq dünyaya gətirib.
ATV.az bildirir ki, hamilə qalması üçün qadına yumurtalıq nəqli edilib. Avropada bu cərrahi əməliyyat qadağan olunduğu üçün qadın əməliyyatı Türkiyədə xüsusi bir klinikada reallaşdırmalı olub.
17-ci övladını dünyaya gətirən qadın əməliyyatı reallaşdıran həkimlərə minnətdarlığını bildirərək söyləyib:
"48 yaşımda “Yumurtalıq xərçəngi”nə yaxalandıqdan sonra özümü işəyaramaz hiss edirdim. 16 uşaq dünyaya gətirdiyim üçün tanrı bəlkə də məni cezalandırırdı. Ancaq O, bir daha böyüklüyünü göstərərək, mənə bu xoşbəxtıiyi bəxş etdi”.
Əri 1998-ci ildə ölən qadın “sperma donoru” yolu ilə hamilə qalıb.
Qeyd edək ki, Verdatelladan əvvəl dünyanın ən yaşlı anası cənubi afrikalı Malegvale Ramokqopa idi. İddiaya görə, Ramokqopa 1839-cu ildə 92 yaşında əkiz körpələr dünyaya gətirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?