Belçikada keçirilən hərracda dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.
Gundemxeber.az xəbər verir ki, Armando adlı erkək göyərçin internet vasitəsilə keçirilən hərracda öz alıcısını tapıb.
Uzun məsafə üzrə yarışların çempionu olan 5 yaşlı poçt göyərçini çinli tərəfindən satın alınıb. Onun yeni sahibi dünyanın ən bahalı göyərçinini yarışa buraxmayacağını və ondan yalnız damazlıq məqsədilə istifadə edəcəyini bildirib.
Qeyd edək ki, 2017-ci ildə Belçikada keçirilən hərracda daha bir poçt göyərçini 400 min avroya satılmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?