“Putinin saatı”nı Monakodakı hərracda 1 milyon dollara alıblar.
Bahalı aksessuarın yeni sahibi kölgədə qalmağa üstünlük verib.
İyulun 19-da hərracda “Patek Philippe Triple Complication” markalı saat təqdim edilib. Sənədləri Vladimir Putinin adına qeydiyyatda olub. Hərracda aksessuar 239 nömrəli lot altında satışa çıxarılıb. Naməlum alıcı ona görə 1,054 milyon avro pul ödəyib.
Lotda tanınmış soyaddan başqa qeyd edilib ki, saat platindən istehsal edilib, onun əqrəbləri isə qızıldandır. Həmçinin qeyd edilib ki, bu saat yüksək rütbəli bir şəxs tərəfindən Vladimir Putinə hədiyyə edilmək üçün əldə edilib.
Kremldə Rusiya prezidentinin adıçəkilən lota aidiyyəti olduğu barədə məlumatı inkar ediblər. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Putinin saatı”nın satılması ilə bağlı xəbər uydurmadır.
Sorğu
Yeni dizaynımız necədir?