GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş? – Araşdırma – Video

ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş? – Araşdırma – Video

Tarix: 11-04-2019, 19:21 Bölmə :Maraqlı Baxış: 896
ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş? – Araşdırma – Video


NASA alimləri: “Ay nə vaxtsa, bir dəfə iki hissəyə bölünüb və sonra yenidən birləşib…”

Qısa arayış: Zaglül əl-Nəccar – Misirli alim, geoloq. Quran və elm mövzusunda bir çox əsərlərin müəllifidir. O, Böyük Britaniyanın Uels Universitetində geologiya üzrə doktorluq dərəcəsi almış, İslam Elmləri Akademiyasının (1988), Misirin Geoloji Cəmiyyətinin və Tulsa, Oklahoma ştatlarının Amerika Neft Geologları Assosiasiyasının üzvüdür. David Musa Pidkok – 1942-ci ildə İngiltərənin Şeffild şəhərində anadan olub. Hazırda həyat yoldaşı və iki övladı ilə orada yaşayır. 1975-ci ildə müsəlmanlığı qəbul edib. O, Böyük Britaniyanın İslam Partiyasının qurucu üzvü və qurulduğu gündən lideridir. Texnika məsləhətçisi və yazıçıdır. Hazırda ölkə daxilində, xüsusən İslam iqtisadiyyatı üzrə mühazirələr oxuyur.

Bu günlərdə yayılmış xəbərlərdən bəlli olduğu kimi, ABŞ Aya rəsmən sahiblənmək iddiasındadır. Amerika Milli Kosmik Agentliyinin (NASA) başçısı Cim Braydenstayn bildirib ki, Ayın tədqiqatı üzrə beynəlxalq əməkdaşlıq yalnız ABŞ-ın rəhbərliyi altında mümkündür. “Yalnız bir ölkə astronavtların Aya qayıdışının təminatı üçün koalisiyanı yaratmağa qadirdir. Bu, ABŞ-dır”, – o deyib. NASA-nın başçısı əlavə edib ki, indi ABŞ Aya orada qalmaq üçün qayıdacaq. Həmçinin, Braydenstayn Ayın resurslarından istifadə üçün beynəlxalq partnyorlarla qarşılıqlı əməkdaşlığa ehtiyac olduğunu xatırladıb.

Ötən ay ABŞ-ın vitse-prezident Mayk Pens bildirib ki, ABŞ prezidenti Donald Tramp Amerika NASA-dan amerikalıları ən yaxın beş ildə Aya göndərməyi tələb edib.

NASA üçün 2020-ci il büdcə layihəsində deyilirdi ki, ABŞ 2028-ci ilə kimi amerikalılar yenidən Aya göndərməyə ümid edir. Ay orbitində stansiyanın tikintisinin 2022-ci ildə başlanması planlaşdırılır və stansiyaya ilk idarə edilən uçuş 2024-cü ildə nəzərdə tutulub.

Bəs görəsən, ABŞ-ın Yerin təbii peykinə bu qədər ciddi marağının əsas səbəbi nədir. Bir müddət öncə “NASA təsdiqlədi – Məhəmməd Peyğəmbər(s) Ayı iki yerə bölüb!..” başlığıyla anonsunu verdiyimiz yazıda iki tanınmış alim bunun sirrinin Quranda olduğunu iddia edir. Bu məqaləni oxuduqdan sonra belə qənaətə gəlirsən: “ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş…” Belə çıxır ki, Aya ilk uçuşdan sonra amerikanların bu göy cisminin bölünməsi ilə bağlı yarımçıq qalmış tədqiqatları vardır. Düzdür, bəzi keçmiş sovet və indiki rus alimləri ABŞ astronavtlarının əslində 1969-cu uldə Aya enə bilmədiklərini, yayılan görüntülərin isə bir kino-montaj olduğunu iddia edirlər. Amma bütün hallarda bu super dövlətin Aya hazırkı ciddi marağı göz önündədir…

Xarici mediadan tərcümə etdiyimiz sözügedən materialı təqdim edirik:

“…Amerikalılar niyə Aya uçurdular? Nədən bu əlçatmaz görünən kosmik məqsədə nail olmaq üçün yüz milyardlarla dollar pul xərclədilər?..

Tanınmış alim, geologiya elmləri doktoru Zaglül Ən-Naccar (Zaghloul El-Naggar) iddia edir ki, NASA missiyasının əsas məqsədi Allahın varlığının əlamətlərindən biri kimi Ayın parçalanmasına sübutları axtarmaq olub…

2004-cü ildə müsahibələrindən birində Zaqlül Əl-Nəccar bir il əvvəl Kardif Universitetinin (Uels, Birləşmiş Britaniya Krallığı) tibbi şöbəsində mühazirələr oxumasından danışıb. Mühazirəyə həm müsəlmanlar, həm də qeyri-müsəlman tamaşaçılar qatılıb. Alim danışır ki, “Quranda təsvir edilən möcüzələrin elmi dəlilləri” mövzusuyla əlaqədar canlı bir dialoq yaşandı:

“Görüş iştirakçılarından biri olan ingilis alim Davud Musa Pidkok (Dawood Musa Pidcock) bildirdi: “Müsəlman olmazdan öncə mən müxtəlif dinləri öyrənirdim. Müsəlman bir şagirdim mənə Quranın tərcüməsini bağışladı. Evdə tərcüməni açdım və diqqətimi çəkən ilk surə Əl-Qəmər (“Ay”) surəsi oldu. Mən oxudum:”Qiyamət günü yaxınlaşdı və Ay parçalandı … ” Bunu oxuduqdan sonra düşündüm:”Mümkündürmü ki, Ay bölünə və sonra yenidən birləşə? Hansı güc bunu edə bilər?” Bu ayənin gerçəkliyindən şübhələnməyim Quran tərcüməsini oxumağa davam etməyimdən çəkindirdi. Mütaliəni dayandırdım və işimlə məşğul olmağa başladım… Amma yəqin, Allah mənim həqiqəti axtarmaqda səmimiyyətimi bilirdi və televiziya qarşısında oturmağım Ona gərəkli imiş. Elə bu anda Britaniya telekanalının proqramlarından birində televiziya aparıcısı və ABŞ-dan gəlmiş üç NASA alimi arasında müzakirə gedirdi. Aparıcı alimləri yer üzündə çoxlu sosial problemlər, milyonlarla ac və ehtiyac sahibi insanlar olduğu halda kosmik uçuşlara böyük miqdarda pullar sərf etdiklərinə görə qınadı. NASA nümayəndələri kosmik sahədə inkişaf etdirilmiş texnologiyaların həyatımızın bir çox sahələrində: tibbdə, sənayedə, kənd təsərrüfatında tətbiq edildiyinə görə belə yüksək xərclərə haqq qazandırdı və həmin vəsaitlərin boşa çıxmadığını bildirdi. Onlar qeyd etdilər ki, həmin kosmik uçuşlar yüksək texnologiyanı inkişaf etdirməyə kömək edir. Müzakirə zamanı Aya ilk uçuşun yüz milyard dollar sərf olunan çox bahalı layihə olduğu da vurğulandı.

Televiziya aparıcısı üzünü alimlərə tutub hiddətlə dedi: “Siz Aya bir Amerika bayrağını sancmaq üçün yüz milyard dollar sərf etdiniz!..”

NASA nümayəndələrinin isə buna reaksiyası gözlənilməz oldu: “Xeyr, biz Ayın daxili strukturunu öyrənirdik və ağlagəlməz bir kəşf etdik: Ay nə vaxtsa, bir dəfə iki hissəyə bölünüb və sonra yenidən birləşib…”

Aparıcı “Bu barədə nə öyrəndiniz?” -deyə soruşdu. Amerikalılar cavab verdilər: “Ayın ətrafını əhatə edən və onun dərinliyinədək gedib çıxan anomaliyalar aşkar edildi. Geoloq alimlar bizə bunu belə izah etdilər ki, bu cür anomaliyalar yalnız o halda mümkündür ki, Ay bölünsün və sonra parçaları geri qayıdaraq yenidən birləşsin…”

Bunu eşitdikdən sonra mən televiziya qarşısında oturduğum kürsüdən atlandım və öz-özümə dedim:”Məhəmmədin(s) 400 il əvvəl etdiyi möcüzə Amerikalılar tərəfindən araşdırılır və onu təsdiqləmək üçün yüz milyardlarla dollar sərf edilir. Doğrudan da bu gerçək dindir! ” Beləcə Mən İslamı qəbul etdim.

Hədis tədqiqatları kitabında deyilir ki, Peyğəmbərin(s) Məkkədən Mədinəyə köçürülməsindən 5 il əvvəl məkkəli bütpərəstlər ona müraciət etdilər və Peyğəmbərdən(s) peyğəmbərlik məqamını təsdiqləmək üçün bir möcüzə göstərməsini istədilər. Allahın Elçisi(s) nəyi görmək istədiklərini soruşduqda onlar Ayı bölməyi xahiş etdilər. Kafirlər ümid edirdilər ki, bu, Məhəmməd əleyhissəlamın çarəsizliyini göstərəcəkdir.

Əvvəllər peyğəmbərlərdən heç biri bu cür bir şey etməzdi; onların bütün möcüzələri yer üzündə həyata keçirildi. Və yalnız Peyğəmbər Əfəndimiz(s) Yer planetindən kənar bir bir möcüzə həyata keçirmək imkanı verildi. Həzrət Rəsul(s) Allaha təvazökar bir şəkildə üz tutdu və O da Məhəmməd əleyhissəlama Ayı barmağı ilə göstərməyi təlqin etdi. Ay iki hissəyə bölündü. Bir neçə saat ərzində Yer peykinin bu hissələri bir-birindən uzaqlaşdı və sonra yenidən geri qayıdaraq birləşdi…

Bütpərəstlərdən iman gətirənlər iman gətirdilər, iman gətirməyənlər isə gətirmədilər. Beləliklə, Qurani-Kərimdə bildirilir:

اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ * وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ * وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءهُمْ وَكُلُّ أَمْررٍ مُّسْتَقِرّ)

“Bismillahir-rəhmanir-rəhim!
1. O saat (qiyamət) yaxınlaşdı və Ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.
2. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.
3. Onlar (Ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən İslam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)…”

Qeyd: Araşdırmanın daha əyani olması üçün ingilis və rus dillərində iki video təqdim edirik.//moderator.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alim vəfat edib

    Alim vəfat edib ...

    16-11-2015, 12:35

  • 
  • Hansı nazirlərin elmi dərəcəsi var?

    Hansı nazirlərin elmi dərəcəsi var? ...

    17-02-2014, 12:03

  • 
  • NASA-nın raketi partladı - (Video)

    NASA-nın raketi partladı - (Video) ...

    29-10-2014, 11:41

  • 
  • NASA gəmisini kosmosda yandıracaq

    NASA gəmisini kosmosda yandıracaq ...

    17-03-2016, 14:31

  • 
  • Cavad Heyət dünyadan köçdü...

    Cavad Heyət dünyadan köçdü... ...

    13-08-2014, 01:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino online brasil
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu