Moskva vilayətinin Ramenskoye rayonunun başçısı Andrey Kulakov məşuqəsini öldürməkdə şübhəli bilinərək saxlanılıb.
GundemXeber.Az xəbər verir ki, Yelena İsayeva Ramenskoye rayonunun İctimai Palatasının sədr müavini vəzifəsində çalışıb. Qadın mayın 1-dən 2-nə keçən gecə itkin düşüb. Mayın 3-də onun cəsədini “Mercedes ML” avtomobilinin salonunda tapıblar. İsayeva boğularaq öldürülüb.
DNT ekspertizası avtomobildə və meyitin üzərində Kulakovun izlərini aşkarlayıb. Mənbə qeyd edir ki, qətldən az öncə Kulakovun həyat yoldaşı onun məşuqəsinin olduğunu öyrənib və ərinə təzyiq edib. Rayon başçısı seçimini edib.
Bu gün Kulakov “yalan detektoru”ndan keçirilib və təqsirli olması sübuta yetirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?