Hadisə Türkiyədə olub. Qadın oğlunu boğub öldürəndən sonra özünü pəncərədən ataraq intihar etmək istəyib. Qonşuların zəngindən sonra polis gələrək 33 yaşlı ananı həbs edib.
Axtarış zamanı evdən qadının yazdığı bəzi məktublar tapılıb. Həmin məktublarda "səni çox sevirəm, oğlum. Yetimxanada böyümənə izin verə bilmərəm" yazılıb.
Məlumata görə, qadın uşağı olandan sonra psixoloji problemləri yaranıb. Buna görə də müalicə alırdı. Onun həyat yoldaşı isə hadisədən xəbərsiz olub. O, işdə olarkən polis zəng edərək onun evə gəlməsini istəyib. 40 yaşlı ata ifadəsində borcunun çox olduğunu, ödəyə bilmədiyini, yoldaşının da buna görə belə edə biləcəyini deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?