Hər il Çinin Yulin vilayətində keçirilən it əti festivalına etirazlar artıb. İt ətindən hazırlanan yeməklər keçirilən festivalda hər il minlərlə it diri-diri yandırılaraq yeyilir.
Gundemxeber.Az xəbər verir ki, Çin höküməti də bu festivalın keçirilməsini dəstəkləmir. Festival özəl şirkətlər tərəfindən keçirilir. Bu vəhşi festivalda hər il milyondan çox it diri-diri yandırılaraq it əti sevənlər tərəfindən yeyilir. Cənubi Koreyada bu vəhşiliyin qarşısını almaq üçün ölü it heykəlləri ilə etiraz aksiyası keçirilib. ABŞ vətəndaşı Kim Basinger keçən il Cənubi Koreyanın Los Ancelesdəki konsulluğu qarşısında “Dünyadaki bu zülmə son verin” çağırışını edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?