Bunları yerli restoranlar eqzotik yemeklər hazırlamaq üçün alırlar,bazarın işçiləri isə heyvanların əvvəlcə iplə boğulub öldürüldüyünü deyir
Dünya İndoneziya bazarlarında kül halına gələnədək yandırılan it, siçan və meymun satırlar. ANS PRESS-in məlumatına görə, İndoneziya mətbəxi heyvanlara qarşı tükürpədici işgəncəyə şahidlik edir.
Britaniyanın “Dailymail” qəzetinin saytında İndoneziyanın “Tomohon” adlı ərzaq bazarından kadrları dərc edib. Bu bazarlarda içi, lehimlənmiş lampa ilə təmizlənmiş it, meymun,siçan və digər heyvanları satırlar.
Bunları yerli restoranlar eqzotik yemeklər hazırlamaq üçün alırlar. Kadrlardan da bəllidir ki, bu cür təmizlənmə zamanı heyvanlar əzablı vəziyyətdə quruyur. Bazarın işçiləri iddia edir ki, heyvanları əvvəlcə iplə boğurlar.
Ən dəhşətlisi budur ki, piştaxtalarda olan ölü heyvanların yanında qəfəsdə diri heyvanları da qurudulmaq üçün saxlaryırlar. Bilirilir ki, itlərin şüuru 4 yaşlı uşağın süuruna yaxındır.
Yəni ölmüş heyvanların yanında diri-diri saxlanılan heyvanlar görür ki, onları da bu cür son gözləyir.
Bundan başqa, bazarda siçan əti, yarasa əti, piton və digər heyvanların da ətləri satılır.
Heyvan hüquqları təşkilatları hələlik bu kadrları şərh etməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?