ABŞ quru qoşunlarının polkovniki Ketrin Spletstozer silahlı qüvvələrin strateji komandanlığının (STRATKOM deyə tanınır) rəhbəri general Con Hayteni özünə qarşı iki il bundan öncə seksual zorakılıq cəhdi həyata keçirməkdə ttiham edib.
Bu barədə “The New York Times” qəzeti məlumat verib.
Qəzet zərərçəkənin dilindən ilk belə insidentin Kaliforniya ştatında bir oteldə baş verdiyini yazıb. Qadınla təkbaşına qalan general Hayten onu zorla öpərək iradəsinin əksinə olaraq qucaqlayıb. Oxşar situasiyalar 2017-ci ildə də təkrarlanıb.
Qeyd olunur ki, bu ilin aprelində ABŞ prezidenti Donald Tramp Con Haytenin namizədliyini birləşmiş qərargah rəisləri komitə sədrinin (baş qərargah rəisi-red.) müavini postuna irəli sürmüşdü.
Qəzetin məlumatına görə, hərbi təhqiqat zərərçəkən olduğunu iddia edən qadının sözlərinin doğruluğunu yoxlamaq üçün artıq ilkin istintaqı həyata keçirib. Lakin iyun ayında iş tribunala verilməyib.
Araşdırma zamanı Con Hayten və Ketrin Spletstozerin həqiqətən insidentlər baş verən vaxtlarda birlikdə olduğu müəyyən edilib. SMS yazışmalarının və elektron poçtun yoxlanılması ittihamın təsdiqlənməsi üçün heç bir əsas verməyib.
Qəzetin qaynaqları generalın mühafizə xidmətinin xəbəri olmadan qadın polkovniklə görüşməsinin mümkün olmadığını söyləyiblər. Lakin heç bir cangüdən hər hansı bir insidentin baş verdiyi barədə məruzə etməyib. Zərərçəkən bu vaxta qədər susmasını karyerasını bitirmək istəməməsi ilə izah edib.
60 yaşlı Hayten və 51 yaşlı Spletstozer bu həftə Konqresin yuxarı palatasının (Senat) silahlı qüvvələr üzrə komitəsinin qapalı iclasında ifadə veriblər. Komitə generalın silahlı qüvvələrin baş qərargah rəisinin müavini postuna namizədliyini təsdiq etməlidir.
Sorğu
Yeni dizaynımız necədir?