İsveçli ətraf mühit fəalı Qreta Thunberq bazar ertəsi BMT-nin İqlim sammitində dünya liderlərini fəalliyyətiszliyə görə qınayıraq, insanların qlobal istiləşmənin təsirlərindən əziyyət çəkdyini və öldüyünü, liderlərin isə boş sözlərdən başqa heç bir şey etmədiyini deyib.
“Biz kütləvi şəkildə yox olmağın astanasındayıq, sizin isə puldan başqa danışdığınız heç bir şey yoxdur”, Qreta Thunberq bildirib.
İqlim dəyişikliyi ilə mübarizə məqsədilə fəaliyyət göstərmək üçün tətil edib, cümə günləri məktəbə getməyən yeniyetmə fəal qlobal gənclər hərəkatına təkan verib.
Qreta Thunberq bildirib ki, elm 30 ildir problemin olduğunu açıq göstərsə də, dünya liderləri kifayət qədər iş görmür.
“Siz bizim ümidlərimizi doğrultmursunuz. Lakin gənc insanlar sizin xəyanətizini başa düşməyə başlayır. Gələcək nəsillərin gözü sizdədir. Əgər siz bizi uğursuzluğa düçar etsəniz, mən deyirəm, biz sizi heç vaxt bağışlamayacağıq” - deyə, Qreta Thunberq emosional çıxışında bildirib.
16 yaşlı ətraf mühiti fəalı dünyanın 60-dan çox ölkəsinin sammitə toplaşmış prezidentləri və baş nazirlərinə gənclərin “onların bu yoldan uzaqlaşmasına imkan verməyəcəyi” barədə xəbərdarlıq edib. O deyib ki, onlar istəsələr də, istəməsələr də “dəyişiklik gəlir”.
“Mənim nəslim bizim planetimizi qorumaq kimi məsuliyyətini yerinə yetirə bilməyib. Bu, dəyişməlidir”, BMT-nin Baş Katibi Antonio Quterreş deyib.
O, qazıntı yanacaq növlərindən istifadənin azaldılması və yeni istilik elektrik stansiyalarının inşasına son qoyulmasına çağırıb.
BMT-nin iqlim dəyişikliyinə həsr edilmiş sammitinin gündəliyində yenilənən enerji mənbələrinə keçid, təbii fəlakətlərin qarşısının alınması və onlara cavab, eləcə də iqlim sahəsində maliyyələşdirilmə məsələləri müzakirə ediləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?