1828-ci ilə qədər Bakıda ermənilər yaşamasa da, 1988-ci ildə bu paytaxt şəhərində 170 min qeydə alınmış, 130 min isə qeydiyyatsız erməni mövcud olub.
Ölkədə isə 500.000-ə qədər erməni yaşayırdı. Bu 500 min erməni Azərbaycanın bütün ticarət, rəhbər idarə və qurumlarında çalışırdı. Onlar uzun müddət Azərbaycan KP Mərkəzi Komitəsinin və Bakı Komitəsinin (hətta birinci katiblər), Azərbaycan SSR Mərkəzi İdarə Komitəsinin katibləri idilər; Ali Sovet; Xalq Komissarları Şurası; Nazirlər Kabinetində müavinlər, şöbə müdirləri, nazirlər, komitə rəhbərləri, birinci katiblər və digər vacib vəzifələrdə işləyiblər. Yazıda deyilir ki, otuzuncu illərdə ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər 1905-07 və 1918-1920-ci illərdə onların Azərbaycan xalqına yaşatdığı fəlakətlərdən dəfələrlə böyük olub. Sayt 1990-cı ilə qədər Azərbaycanda yüksək vəzifə tutmuş ermənilərin adlarını dərc edib:
1. A.A.Ayriyan - Azərbaycan SSR Meşə və ağac emalı sənayesi naziri; 2. V. N. Nersesyan - Bakı şəhəri Kirov rayonu Partiya Komitəsinin katibi; 3. N.V.Qabrielyan - Azərittifaq sədrinin müavini; 4. A.S.Becanyan - Azərbaycan SSR Baş Prokuroru İstintaq Kollegiyasının prokuroru; 5. M.Ohancanyan - Azərkəndkimya Assosiasiyasının sədr müavini; 6. B.A.Ayrapetov - Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, Bakı Şəhər Plan İdarəsinin sədri; 7. J.S.Sarkisova - Cinayət işlərinin Məhkəmələrdə nümayişinə nəzarət şöbəsinin prokuroru; 8. R.M.Kazaryan – İsalah Əmək müəssisələrində qanunlara riayət olunmasına nəzarət şöbəsinin prokuroru. 9. N.A.Melkumyan - Azərbaycan SSR Baş Prokuroru. 10. L.V.Ohanesyan - Bakı Prokurorluğunun əsas və ümumi şöbəsinin direktoru.
Sorğu
Yeni dizaynımız necədir?