GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın xanım nazirləri

Azərbaycanın xanım nazirləri

Tarix: 30-01-2014, 12:26 Bölmə :Ölkə Baxış: 1 198
Azərbaycanın xanım nazirləri
Onları tanıyırsınızmı?

Ölkənin ən ali postlarında söz sahibi olan keçmiş xanım nazirlərdən bəhs edib. İndi bu vəzifəni tutan xanımlarımız olmasa da, 2000-ci illərə qədər qadın nazirlərimiz olub.
Belə ki, indiyədək Azərbaycan tarixində cəmi 4 xanım nazir çalışıb.

Azərbaycanın ilk qadın naziri

İlk qadın xarici işlər nazirimiz Tahirə Tahirova 1913-cü il noyabr ayının 7-də Türkmənistanın Bayraməli vilayətində ziyalı ailəsində anadan olub. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (AzSİ) bitirib. Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlayıb, 1940-cı ildə isə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh olub.
Yüksək postlarda çalışan T.Tahirova 1957 -ildə Azərbaycan SSR xarici işlər naziri vəzifəsinə təyin olunsa da, icrasına 1959-cu ildən başlayır və 1983-cü ildə nazirlik fəaliyyətinə son qoyur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (3,5-7-ci çağırış) deputatı olub.
Həm xarici işlər, həm də təhsil naziri olmuş Elmira Qafarova
1983-cü ildən sonra Tahirə Tahirovanın ardınca həmcinsi Elmira Qafarova xarici işlər naziri postunu tutub. 1934-cü il martın 1-də Bakıda anadan olan eks-nazir Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir sıra yüksək vəzifələrdə çalışan Elmira Qafarova 1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri olub.
1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışıb. 1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb, 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalayıb.
1990-cı ilin may ayında Azərbaycan SSR Ali Sovetinin sədri seçilib və 1990-1992-ci illərdə bu vəzifədə çalışıb.
E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Kreslosunu Fikrət Məmmədova verən xanım

Keçmiş ədliyyə naziri Südabə Həsənova 1947-ci ildə Şərurda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləyib.
S.Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası ədliyyə nazirinin 1-ci müavini vəzifəsinə təyin olunsa da, 1998-ci il yanvar ayından 2000-ci ilədək ədliyyə naziri olub.
Prezidentin 2000-ci il 18 aprel tarixli fərmanı ilə Ali Məhkəməsinin sədri təyin edilib. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib, Ali Məhkəmənin hakimi saxlanılıb.

Vaxtilə Mikayıl Cabbarovun yerini tutan Lidiya Rəsulova

Sabiq təhsil naziri Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olub. Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil alıb. Keçmiş nazir 1981-1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988-1992-ci illərdə Azərbaycanın sosial təminat naziri, Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

O, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləyib. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunub. Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Tanınmış ictimai xadim, Prezidentin fərdi təqaüdçüsü Lidiya Rəsulova 2012-ci il fevralın 5-də 71 yaşında dünyasını dəyişib.

ELŞƏN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prorektora "Əməkdar elm xadimi" fəxri adı verildi

    Prorektora "Əməkdar elm xadimi" fəxri ...

    12-10-2015, 13:01

  • 
  • Hansı nazirlərin elmi dərəcəsi var?

    Hansı nazirlərin elmi dərəcəsi var? ...

    17-02-2014, 12:03

  • 
  • Daha iki İH-də yeni qadın müavin

    Daha iki İH-də yeni qadın müavin ...

    10-01-2014, 14:34

  • 
  • Əli İnsanovun həbsində adı hallanan sabiq nazir yeni təşkilat yaradır

    Əli İnsanovun həbsində adı hallanan sabiq nazir ...

    23-11-2014, 23:29

  • 
  • Oqtay Şirəliyevin bankir oğlu

    Oqtay Şirəliyevin bankir oğlu ...

    25-01-2014, 02:31


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu