GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İpoteka ilə ev almaq istəyənlər necə aldanır

İpoteka ilə ev almaq istəyənlər necə aldanır

Tarix: 16-10-2019, 11:52 Bölmə :Maraqlı Baxış: 600
İpoteka ilə ev almaq istəyənlər necə aldanır


İpoteka ilə ev sahibi olmaq istəyənlər bir sıra hallarda vasitəçilərə üz tutur. Elə həmin vasitəçilərin aldatdığı adamlar da az deyil.

"SN qrup" MMC-nin direktoru Aydın İsmayılov da ipoteka krediti düzəltmək adıyla adamları aldatmaqda suçlanır. İddia olunur ki, 35-yaşlı şirkət rəhbəri bu işdə vasitəçilik üçün adamlardan pul alıb, amma nə ipoteka düzəlib, nə də alınan pullar geri qaytarılıb. İndi həmin adamlar Bakı Ağır Cinayətlər Məhkəməsində A.İsmayılovdan pullarını tələb edirlər.

Oktyabrın 15-də hakim önünə çıxarılan şirkət rəhbəri aclıq aksiyası keçirdiyini, bu üzdən halsız olduğunu və məhkəmədə iştirak etmək istəmədiyini deyib.

Onun pul aldığı iddia olunan zərərçəkənlər yalan danışdığını iddia edərək, məhkəmənin davam etməsini istəyiblər.

"Müstəntiqə pul təklif elədim ki, bu işi bağlasın"

Cinayət işinin materiallarında yazılıb ki, A.İsmayılov pulları götürüb qaçıb, axtarışa verilib. Özü isə deyir ki, yalandır, əksinə, özü gəlib, müstəntiqə də pul təklif edib ki, bu məsələni həll etsin: "Mən özüm gedib müstəntiqlə görüşmüşəm. Videogörüntüləri istəyirəm, amma vermirlər. Özüm pul təklif elədim ki, alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?".

Cinayət işinin materiallarında yazılıb ki, A.İsmayılov Facebook-da elan verib, ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC-nin güzəştli kredit verdiyini göstərib. Bu elanı oxuyub ona üz tutan adamları şirkətin ofisinə çağırıb, şəxsiyyət vəsiqəsiylə, az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti vəd edib. İttihamda yazılıb ki, zərərçəkənlərdən ümumilikdə 97 min manat pul alıb. Vəsaitlər şirkətin hesabına köçürülüb.

Zərərçəkmiş Vüsal Həsənov deyir ki, ailəsiylə illərdir kirayədə yaşayır. Sosial şəbəkələrdə bu şirkətin tək şəxsiyyət vəsiqəsiylə ipoteka verdiyini görüb, gedib şərtləri ilə tanış olub:

"Ofisdəki əşyalarını da götürüb, yoxa çıxıb"

"NZS tərəfdə dəyəri 30 min manat olan ev tapdıq. Şirkətin nümayəndəsi Maqsud Orucov gəlib evlə tanış oldu və onu qiymətləndirdi. Dedilər ki, "bunun üçün 750 manat komissiya haqqı, 6 min manat da ilkin ödəniş etməlisiniz. Məbləği də "Bank Respublika"nın "Caspian Plaza"nın yaxınlığında yerləşən ofisində Sevinc xanıma yaxınlaşıb ödəyəcəksiniz". Avqustun 1-də məbləği ödədik və adımıza iki sənəd rəsmiləşdirdilər. Sənədlərin biri "İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş" kimi qeyd edilmişdi. Bu da bizdə prosesin rəsmi olması qənaəti yaratdı. Mənimlə bərabər daha yeddi nəfər alacaqları mənzillər üçün pul ödəyib".

Deyir, iki gün sonra alqı-satqı üçün "ASAN Xidmət"ə gediblər. Şirkətin nümayəndəsi Maqsud Orucov da onlarla bərabər olub. Onlar axşama qədər direktor A.İsmayılovu gözləyiblər, amma gəlib çıxmayıb. Sonradan işçidən eşidib ki, A.İsmayılov ofisdəki əşyalarını da götürüb, yoxa çıxıb. O da məlum olub ki, ofisi də bir aylıq kirayə götürüblərmiş.

Başqa bir zərərçəkən Xanlar Əliyev də 10 min manat pulunun ələ keçirildiyini deyir: "Ev almaq üçün verdik. Amma başımıza oyun açdı. İndi tələb edirəm ki, pulu ödəsin. Bizi elə ədəb-ərkanla qarşılayıb, etibarımızı qazandı ki, biz də inandıq".

Şirkət rəhbəri hələ ki, ittihamlara cavab vermək üçün ifadə vermək istəmir. Ancaq o, işini aparan müstəntiqin məhkəmədə dindirilməsini tələb edir.

A.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin işi asanlaşıb

    İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin işi ...

    1-08-2017, 20:37

  • 
  • Baş nazirdən yeni qərar — İpoteka ilə ev almaq asanlaşdı

    Baş nazirdən yeni qərar — İpoteka ilə ev almaq ...

    15-05-2018, 11:56

  • 
  • İpoteka ilə bağlı XƏBƏRDARLIQ

    İpoteka ilə bağlı XƏBƏRDARLIQ ...

    18-02-2016, 15:13

  • 
  • İpoteka şərtləri ağırlaşdı

    İpoteka şərtləri ağırlaşdı ...

    28-03-2016, 19:22

  • 
  • İpoteka faizləri aşağı salınır — ŞAD XƏBƏR

    İpoteka faizləri aşağı salınır — ŞAD XƏBƏR ...

    6-11-2017, 23:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu