GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » SOS! Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

SOS! Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

Tarix: 22-10-2019, 15:00 Bölmə :Maraqlı Baxış: 557
SOS! Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb


Əməkdaşımız marketlərdə ucuz, mənşəyi bilinməyən, palma tərkibli, onkoloji xəstəliklərə yol açan məhsulları araşdırıb; Eyyub Hüseynov: “İstehlakçılar aldadılır...”

Azərbaycanda marketləri kərə yağı adı altında satılan ucuz yağlar bürüyüb. Mağazaların vitrinlərində kilosu 3-4 manata olan, markası rusca yazılmış yağların sayı-hesabı yoxdur.

Onların Bakıdakı sexlərdə istehsal olunduğu, yoxsa Dağıstandan və ya Gürcüstandan gətirildiyi məlum deyil.

Sadəcə, sovet insanının təfəkküründə qalan “sliviçniy yağ”, yəni təmiz yağ anlayışından sui-istifadə edən bəzi iş adamları adı rus dilində etiketlər, markalarla bazara ucuz, guya kərə yağı olan məhsullar çıxarırlar. Halbuki onların palma yağı, onkoloji xəstəliklərə yol açan qidalar olduğu barədə ekspertlər, həkimlər tez-tez həyəcan təbili çalırlar.

Ancaq həmin məhsulların tərkibi, keyfiyyəti ilə bağlı əsaslı yoxlamalar aparılmır, laboratoriyalarda ekspertiza edilmir.

Bu gün əhalini də narahat edən, hər birimizi maraqlandıran məhz ailələrimizə, uşaqlarımıza yedirdiyimiz yağların keyfiyyəti problemidir.

“Yeni Müsavat” həftəsonu marketlərdə apardığı qısa araşdırmanı təqdim edir.

Ucuz kərə yağları ilə yanaşı satılan Yeni Zelandiyadan idxal edilmiş məhsulların kilosu 16-18 manat civarında olduğu halda, haqlı sual doğur - bəs, bu yağların kilosu niyə 3-4 manatdır?

“Kalinka”, “Tulçinskaya ekstra”, “Kərəm” və...

Məsələn, “Kulinarka” adlı yağın kilosu 3 manat 29 qəpikdir. “Kalinka” isə 4 manatdır. Halbuki məşhur “Doyaruşka” yağının 250-300 qramı elə 3 manat 60 qəpikdir. O zaman mağazalarda satılan “Zolatava” adlı yağın kilosu niyə 4 manat 20 qəpikdir? Araşdırma zamanı onun da şahidi olduq ki, “Buryonkin Luq”adlı bir yağ satılır. Kilosu cəmi 4 manat 46 qəpikdir. Satıcılar da etiraf edirlər ki, adını çəkdiyimiz bu yağlardan istifadə məsləhət deyil.

İnsafən, onların alıcıları da azdır. Çünki istehlakçılar bu yağların tərkibinin keyfiyyətli olmasına inanmırlar.

Baş çəkdiyimiz marketlərin vitrinlərinə qoyulmuş “Voloqodskiy” 4 manat 31 qəpik, “Tulçinskaya ekstra” 4 manat 30 qəpik, “Krestyanskoye” 4 manat 6 qəpikdir. Bu adlar adama heç nə demir. Habelə, “Kərəm” adlı yağın kilosu 2 manat 68 qəpik,"Xoman Lyuks" 6 manat 74 qəpik, “Maslo Dabroye” 5 manat 54 qəpik, “Alpen” - 6 manat 25 qəpikdir.

Marqarin, palma, iç yağı, piylər...

Ümumiyyətlə, ayrı-ayrı marketlərdə onlarla belə yağlara rast gəlmək, siyahını uzatmaq olar. Sadəcə, Zelandiya yağı ilə qiymət fərqi o səviyyədədir ki, imkansız adamlar ucuz məhsullara tərəf qaçırlar.

Eyni zamanda, şirniyyat sexləri, tort bişirilən müəssisələrin əksəriyyətinin sözügedən ucuz yağlardan istifadə etdiyi bildirilir. Təəssüf ki, aztəminatlı ailələr məcburiyyət qarşısında mağazalardan həmin yağların kilosunu 4-5 manatdan alırlar, gündəlik qida rasionunda istifadə edirlər.

Amma əksəriyyəti marqarin, palma olan bu yağlardan uzaq durmaq lazımdır. İddialar var ki, yağların bir qismi heyvanların iç yağı, piylər və bitkilərdən hazırlanır, bəziləri isə kimyəvi tərkiblidir. Onlara kərə yağının dadını və qoxusunu verən xüsusi qatqılar vurulur ki, bunlar da sağlamlığa təhlükə yaradır.

Hesablamalara görə, yüksək keyfiyyətli kərə yağının kiloqramının maya dəyəri heç olmasa 5 manata başa gələr. Bundan ucuz yağların isə tərkibindən şübhələnməyə dəyər. Bir sözlə, saxta kərə yağları istehsal edənlərin işi yağ kimi gedir.

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi kərə yağını digərlərindən fərqləndirən əsas əlamətləri açıqlamışdı. Qurum bazarda kərə yağı adı ilə satılan yağlar arasındakı qiymət fərqinin səbəblərini də açıqlamışdı.

AQTA-nın sektor müdiri Aynurə Rzayeva bildirmişdi ki, kərə yağında təmiz yağın həcmi digərlərindən çox olur. Onun sözlərinə görə, əgər hansısa kərə yağının üzərində yağ, su və quru süddən başqa maddə qeyd edilibsə, deməli, o təmiz kərə yağı hesab olunmur:

“Bundan başqa kərə yağının bir hissəsini qaynar suya salaraq da yoxlamaq mümkündür. Əgər yağın həll olması bərabər gedirsə kərə yağıdır, yox əgər parçalanma gedirsə onda içərisində qarışıq maddələr mövcuddur. Kərə yağı soyuducuya qoyduqdan sonra çıxarılanda üzərində su damcıları olmamalıdır. Bu damcılar qatqı maddələrinin olmasına işarədir”.

Bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda yağ bazarı kirlənmiş seqmentlərdən biridir.

Onun sözlərinə görə, xüsusən duru və kərə yağ sektorunda vəziyyət ürəkaçan deyil. İB sədri qeyd etdi ki, problem həmin yağların markalanmasındadır: “Burada istehlakçıların məlumatlılıq baxımdan aldadılmasına yol verilir.

“Məsələn, üzərində ”Naturalnaya masla" yazılıb. Amma arxasında qeyd olunur ki, tərkibində bitki yağları, müxtəlif qarışıq qatqılar var. Yəni istehsalçı təmiz kərə yağı satmadığını demək istəyir, bu yolla vəziyyətdən çıxır. Ancaq üzərində təmiz yağ adı ilə markalanır. Bu da istehlakçı hüquqlarının pozulmasıdır".

E.Hüseynov hesab edir ki, istehlakçıların aldadılması hallarına yol verilməməlidir: “Jurnalistlər mənə illər boyu yağ sahəsindəki vəziyyətlə bağlı suallar veriblər. Biz Yeni Zelandiyaya getmişdik, orada Azərbaycana yağ idxal edilən zavodda olduq, markalanmanı gördüm. Deməliyəm ki, son dərəcə ekoloji cəhətdən təmiz yağ Azərbaycana göndərilir. Ancaq bir çox firmalar Yeni Zelandiyadan yağlar gətirirlər. Hətta Zelandiya yağı adı altında Gürcüstandan ölkəmizə mal idxal edirlər. İstehlakçılara tövsiyəm budur ki, kərə yağ istəyəndə məhsulu əlində sıxsın və ya əritsin. Əgər parçalanmırsa, o halda təmizliyinə inanmaq olar. Həmçinin, qoxusu və dadından da müəyyən etmək olur ki, bu yağın tərkibi nədən ibarətdir”.

E.Hüseynov bununla belə Azərbaycan Dövlət Qida Agentliyinin araşdırmalar aparmalı olduğunu vurğuladı: “Sizin adını çəkdiyiniz ucuz yağlar təbii ki, insan orqanizmi üçün uyğun deyil. Amma Dövlət Qida Agentliyi yağların keyfiyyəti məsələsi yox, təhlükəsizliyi ilə bağlı yoxlamalar apara bilir”.

Ürək, qan-damar, infarkt, şəkər...

Həkim-dietoloqların sözlərinə görə, saxta yağlar ürək, qan-damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur. Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu gün ölkədə satılan yağların 80 faizini trans yağları təşkil edir. Həkimlər bildirirlər ki, bərk yağa bitki yağı əlavə edərək yeni yağ hazırlayıb satışa çıxarırlar. Bu da orqanizmə həddən artıq ziyandır. Doymuş və doymamış yağ turşularını bir-birinə qatışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil.

Bərk yağa bitki yağı əlavə edilir. Orijinal yağın tərkibi isə bir olmalıdır. Günümüzdə su qatılaraq hazırlanan saxta yağlar da var.

Ona görə nehrə, zeytun yağları, heç olmasa “Vest qold”, “Ankor” kimi yağlara nisbətən üstünlük verilməsi tövsiyə edilir. Yeri gəlmişkən, nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Amma satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOS! Ölkəni kilosu 3-4 manata satılan “kərə yağları” bürüyüb

    SOS! Ölkəni kilosu 3-4 manata satılan “kərə ...

    21-10-2019, 12:04

  • 
  • SOS: 43 min tonu sizə kərə yağı adına sırıdılar!

    SOS: 43 min tonu sizə kərə yağı adına sırıdılar! ...

    7-10-2015, 12:48

  • 
  • Qalib Mahmudov kərə yağı bazarının altını üstünə çevirdi

    Qalib Mahmudov kərə yağı bazarının altını üstünə ...

    21-11-2017, 16:44

  • 
  • “Bazarstore”da kərə yağı limitlə satılır - FOTOFAKT

    “Bazarstore”da kərə yağı limitlə satılır - ...

    14-01-2018, 20:30

  • 
  • Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

    Kərə yağını 18 manata kimi bahalaşdıran ...

    5-10-2017, 15:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu