GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

Tarix: 5-10-2017, 15:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 663
Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?


Azərbaycanda kərə yağı və bitki yağlarının qiyməti pik həddə çatıb.

Yeni Zellandiya istehsalı "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı "President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı "Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilir.
Kərə yağları ilə yanaşı, bitki yağlarının da qiymətində 10-15 faizlik artım müşahidə olunur.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Azərbaycana 46 265.94 min dollarlıq 10 284.39 ton kərə yağı və süddən hazırlanmış yağlar idxal edilib. 2016-cı ildə 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib.
Bahalaşma geniş ictimaiyyətin haqlı narazılığına səbəb olub. Hətta, deputat Çingiz Qənizadə parlamentin ilk sessiyasında seçicilərinin ona ünvanlandığı "kərə yağı hansı səbəbdən 18 manata satılır” sualını səslənidirib.
Dövlət Gömrük Komitəsi Azərbaycana idxal edilən kərə yağının bahalaşması səbəblərinə aydınlıq gətirərkən, daxili bazarda qiymət formalaşmasının qurumun səlahiyyətində olamdığını bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilmədiyini deyib.
"Azad İstehlakçılar" Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, kərə yağının bahalaşmasının bir nömrəli amili, dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır:
"2016 -cı ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında (əsasən Avstraliya, Avropa və Amerika qiymətləri nəzərdə tutulur) qiymətləri 100%, yəni 2 qat artıb. Qiymətə təsir edən bu 3 bazardan isə Okeaniyanın təsiri daha çoxdur”.
E.Hüseynov bildirib ki, qiymət artımının səbəbi dünyada süd istehsalının azalmasıdır:
"Dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü- 2016-cı ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır. Süd məhsulullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar. Süd istehsalının azalması isə yağ istehsalının azalmasına gətirib çıxarıb. Kərə yağına tələbat isə əvvəlki illərdəki kimi yüksəkdir. Bazarda tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır”.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirib ki, kərə yağının bahalaşmasının səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır:
"Bu, bahalaşmanın obyektiv səbəbidir. Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35-36 faiz əlavə xərcin gəlməsinə səbəb olur”.
N.Cəfərli Azərbaycana kərə yağı idxal edən az sayda şirkətin olduğunu qeyd edib:
"Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Prezident də dəfələrlə öz çıxışlarında bir çox sahələrdə monopoliyanın olduğunu vurğulayıb. İndi müxtəlif qurumların "inhisarçılıq yoxdur” açıqlaması heç bir məntiqə sığmır”./muxalifet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərə yağının qiymətindəki artımla bağlı RƏSMİ AÇIQLAMA

    Kərə yağının qiymətindəki artımla bağlı RƏSMİ ...

    4-10-2017, 19:53

  • 
  • SOS: 43 min tonu sizə kərə yağı adına sırıdılar!

    SOS: 43 min tonu sizə kərə yağı adına sırıdılar! ...

    7-10-2015, 12:48

  • 
  • Monopolistlər vətəndaşları talayır

    Monopolistlər vətəndaşları talayır ...

    9-01-2013, 11:17

  • 
  • Vilnüsdə “Aqdam“ çaxırı

    Vilnüsdə “Aqdam“ çaxırı ...

    27-11-2013, 14:04

  • 
  • Ət-süd istehsalı niyə azalıb? - Dəhşətli faktlar

    Ət-süd istehsalı niyə azalıb? - Dəhşətli faktlar ...

    7-08-2017, 13:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu