GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR

Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR

Tarix: 11-11-2019, 15:29 Bölmə :Maraqlı Baxış: 512
Dəm qazından niyə boğuluruq? - SƏBƏBLƏR


Havalar soyuduqca insanların təbii qazdan istifadəsinə təlabatı da artır. Ancaq bu təlabat özü ilə bəzən ölüm də gətirir. Ölkədə dəm qazından zəhərlənmə və ölüm halları getdikcə çoxalır. İnsanlar dəm qazı təhlükəsindən necə xəbərdar olmalıdırlar? Nələri bilməlidirlər?

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Modern.az-a bildirib ki, dəm qazı ilə bağlı məsələlərlə "Azəriqaz" məşğul olmur.

"Ancaq deyə bilərik ki, dəm qazının yaranmasına səbəb, istifadə olunan məişət cihazlarındakı nasazlıq səbəb olur. "Azəriqaz"a hər hansı bir hadisəylə bağlı məlumat daxil olursa, dərhal mütəxəssislər və əməkdaşlar hadisə yerində olurlar. Fəsadın böyüməməsi üçün, hadisə baş verən ərazinin qaz təchizatı dayandırılır. Bizim üzərimizə bu iş düşür. Əlbəttə ki, dəm qazı əsasən hamamda baş verir. Vanna otağının içəri və çölə açılması məsələsi də var. Dəliklərin olub-olmaması məsələsinə də "Azəriqaz" ümumi rəy verir. Ancaq nəzarət məsələsi biz tərəfdən həyata keçirilmir".

Ceyhun Səfərov qazın keyfiyyəti məsələsi ilə bağlı narahatlığa da münasibət bildirib. Onun sözlərinə görə, keyfiyyət məsələsini kimyaçılar daha yaxşı bilər:

"Hətta bu yaxınlarda belə bir xəbər yayılmışdı ki, qazın tərkibinə zəhərli maddələr qatılır. Yalnış verilmiş bir informasiyadır. Əgər qazın tərkibinə zəhər qatılıbsa, onda gərək hər kəs zəhərlənsin və ölsün. Bu zəhərlənmə halları da tək-tək hallarda baş verir. Görünür vətəndaş bu kimi məsələlərdə məlumatsızdır. Vanna otaqları qapalı olur, heç bir dəlik açılmır. Tüstü bacaları vaxtında təmizlənmir. Nəticədə baca dolur, içəriyə zəhərli hava daxil olur, vətəndaş hiss etmədən zəhərlənir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi məsələlərin kökünü qanunvericilik bazasında axtarıb tapmağı daha məqbul hesab edir:

"Əhali ilə SOCAR arasında bağlanan müqavilələrdə təchizatçı öz üzərinə heç bir öhdəlik götürmür. Abonent isə öhdəlik götürərək vaxtında ödəniş edir. Nəticədə ölüm hadisəsi baş verəndə təchizatçı özünü günahsız hesab edir. Hansı ki, SOCAR-ın əməkdaşları qaz işçiləri ilə gəlib, həmin əraziyə gedən qaz təchizatını ya kəsir, ya da qaynaq edir. Vətəndaşa isə heç bir xəbərdarlıq edilmir. Düşünürəm ki, müqavilə şərtləri dəyişdirilməlidir.Təchizatçının üzərinə müəyyən öhdəliklər qoyulmalıdır. Qazın keyfiyyətli və yaxud təzyiqinin normada olması məsələsinə ciddi nəzarət edilməlidir. Ancaq təəssüf ki, bu kimi əsas məsələlər o müqavilədə yoxdur ".

Eyyub Hüseynov dəm qazı zəhərlənmələrinin artması məsələsini isə əhalinin bu sahədə yetəri qədər məlumatının az olması ilə əlaqələndirib:

"Demək olar ki, bununla bağlı maarifləndirici tədbirlər həyata keçirilmir. Əksər hallarda günahı qaz sobalarında, xüsusilə də İrandan gələn sobalarda görürlər. Əslində İrandan gələn sobalar standartlara uyğundur. Sadəcə, ölkənin bəzi bölgələrində qaz təzyiqi aşağı olur. Bu sobalarda da qaz yaxşı yanmadığından, ondakı dəliyi genişləndirirlər və nəticədə standartdan kənara çıxılır, qaz axını baş verir. Hamamlarda isə su qızdırıcılarında böyük problem var. Əhali bilməlidir ki, çöldə bərk külək əsirsə, deməli onun qazdan boğulma ehtimalı riski daha da böyük olur. Hamamdan çıxan boru, küləyə qarşı olur, boruya daxil olan hava isə birbaşa içəriyə daxil olur. Hər kəs elə bilir ki, boğulma halı tədricən baş verir. Xeyr əksinə, boğulma anı qəfildən baş verir, nəticədə insan huşunu itirir və yıxılır. Qaz evin içərisinə daxil olan və hər kəslə eyni süfrədə əyləşən bir əcəldir. O həm çox qiymətli bir məleykədir, insanı kolori ilə təmin edir. Həm də insanın canını alan bir əzrayıldır. Qaz körpə uşaq kimi bir şeydir, onu nəzarətsiz qoymaq olmaz".

Fövqaladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə idarəsi, əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı dəm qazı təhlükəsi ilə bağlı bir neçə məlumatı qeyd edib:

"Dəm qazı ölüm təhlükəsi yaradır. Qaz cihazı saz və standartlara uyğun olmalıdır. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Ümumiyyətlə, evdə havaçəkən sistem işləməlidir, nəfəslik isə açıq vəziyyətdə olmalıdır. Hamam otağına isə ventilyasiya borusu yerləşdirilməlidir. Qapının aşağı hissəsindən bir neçə yerdən dəliklər açılmalıdır ki, dəm qazı təhlükəsi yaranarsa, o hava dəliklərdən çıxa bilsin. Ən azı ildə iki dəfə tüstü bacaları təmizlənməlidir. Vətəndaşlar bir şeyi yadda saxlamalıdır ki, dəm qazı iysiz olur, hiss edilməyəcək dərəcədə təhlükəlidir. Zəhərlənmənin ilkin əlamətləri isə bunlardır: baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və halsızlıq. Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxartmaq lazımdır. Çünki həmin insanı təmiz havaya çıxartmaqla, sanki onu ölümdən xilas etmiş olursunuz. Əgər əynində nəfəsalmasını çətinləşdirəcək geyimlər varsa, dərhal çıxarılmalıdır. Daha sonra təcili tibbi yardımı çağırmaq lazımdır ki, zamanında ilkin tibbi yardımı göstərə bilsin", - deyə FHN nümayəndəsi bildirib.

"Təmiz Baca" MMC-nin direktoru Toğrul Zeynalov isə qeyd edib ki, mütamadi olaraq, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

"Ancaq təəsüf ki, bəzi vətəndaşlarımız bu məsələyə bir az məsuliyyətlə yanaşmırlar. Ən azı bir dəfə təmizlənməsi vacibdir. Bəzi evlər var ki, orda tüstü bacası olmur, istilik sistemi olduğundan havalandırma kanalları olur. Kimsə təmir işi apardığından həmin bu havalandırma kanalını betonlayır. Bu kimi problemlər olanda dəm qazından zəhərlənmə halları qaçılmaz olur. Bəzən də quş yuva salır, ev sahibi də bundan xəbərsiz olur".

Toğrul Zeynalov tüstü bacalarında təmizlənmə prosesinin necə həyata keçirilməsi ilə bağlı məlumat verib:

"Kəndirin ucuna qurunc bağlanır. Quruncun çəkisi isə hardasa 1 kq-dan 5 kq-a qədər dəyişir. Həmin bu quruncu yuxarıdan, yəni tüstü bacasının içərisinə atırlar. Quruncun arxasınca isə kirpiyə oxşar dəmir aləti atırlar ki, o da düz üzüaşağı mənzilə düşür. Mənzildən həmin aləti dartırlar, əgər bacada nə ilişib qalıbsa, həmin dəqiqə o kirpiyə oxşar alət onu dağıdıb özüylə bərabər mənzilə tökür. Təmiz açılandan sonra, əgər bacada tutquluq varsa, aşağıdan kağız yandırırıq. Əgər o tüstü sovrulub havaya çıxırsa, demək tüstü bacası təmamilə təmizlənib. Yox əgər tam sovrulmayıbsa, prosesi yenidən edirik".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dəm qazından növbəti ölüm

    Dəm qazından növbəti ölüm ...

    28-03-2016, 14:27

  • 
  • 22 yaşlı qız dəm qazından boğuldu

    22 yaşlı qız dəm qazından boğuldu ...

    21-01-2016, 12:28

  • 
  • Dəm qazı daha bir can aldı

    Dəm qazı daha bir can aldı ...

    6-02-2016, 14:22

  • 
  • Qazaxda iki baçı dəm qazından zəhərlənib

    Qazaxda iki baçı dəm qazından zəhərlənib ...

    16-01-2017, 02:06

  • 
  • Tovuzda ana və 4 yaşlı övladı dəm qazından zəhərlənib

    Tovuzda ana və 4 yaşlı övladı dəm qazından ...

    21-11-2016, 01:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu