GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bu il nələrin qiyməti artıb, nələr ucuzlaşıb...

Bu il nələrin qiyməti artıb, nələr ucuzlaşıb...

Tarix: 13-12-2019, 14:57 Bölmə :Maraqlı Baxış: 336
Bu il nələrin qiyməti artıb, nələr ucuzlaşıb...


11 ayda ən çox ərzaq məhsulları, içkilər və tütün məmulatları bahalaşıb; bu mallar isə ucuzlaşıb - siyahı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, 11 ayda ən çox ərzaq məhsulları, içkilər və tütün məmulatları bahalaşıb - 3,8 faiz. Qeyri-ərzaq malları 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,1 faiz bahalaşıb.

Noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, cari ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Bu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələri istisna olmaqla, hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə 3,7 faizlik inflyasiya olacağını proqnozlaşdırmışdı. İl başa çatmaq üzrədir və göründüyü kimi, inflyasiya proqnozdan 1 faizdən çox aşağıdır. Maraqlıdır ki, ölkədə inflyasiyaya dair beynəlxalq təşkilatların verdiyi proqnozlar reallığa daha yaxındır. Belə ki, məsələn, Dünya Bankı 2019-cu ildə Azərbaycanda inflyasiyanın 25,8 faiz olacağını proqnozlaşdırıb. Bankın proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,2 faiz, 2021-ci ildə isə 3,3 faiz təşkil edəcək. Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7 faizə, 2020-ci ildə 4,6 faizə, 2021-ci ildə 4,6 faizə, 2022-ci ildə 4,1 faizə, 2023-cü ildə isə 3,9 faizə bərabər olacaq.

Diqqəti cəlb edən əsas məqam gələn il üçün hökumətin 4,6 faizlik inflyasiya proqnozlaşdırmasıdır. Bu, cari ildə qeydə alınan real səviyyədən 44 faizə qədər yüksək bir göstəricidir. Bu halda sual yaranır ki, hökumət inflyasiyanı belə kəskin sürətləndirəcək hansı amilləri nəzərə alaraq proqnozlaşdırma aparıb? Gələn il inflyasiyaya ciddi təsir edəcək hansı faktorlar var?

Qeyd edək ki, ölkə prezidentinin yanında 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə hökumətin inflyasiyaya dair proqnozlaşdırma siyasəti tənqid olunub. Belə ki, prezident İlham Əliyev hazırlanan proqnozların əksər hallarda reallıqdan uzaq olduğunu bildirib.


Ölkə rəhbərliyinin belə sərt xəbərdarlığından sonra hökumətin proqnozlaşdırma siyasətində daha dəqiq olması gözləniləndir. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, büdcə qanunvericiliyinə əsasən, inflyasiya proqnozu ilə icmal büdcənin xərclərinin yuxarı həddi arasında korelyasiya var: “Bu ildən qanunvericiliyə bununla bağlı dəyişiklik olundu. İnflyasiyanın gələn il üçün yüksək həddə proqnozlaşdırılmasının bir səbəbi bu ola bilər. Digər mühüm bir ehtimal budur ki, hökumət gələn il ərzində qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi sahələrdə bahalaşmaya gedə bilər. Fevralda keçiriləcək parlament seçkilərindən sonra ehtimal ki, bu addımlar atılacaq”.

Ekspertin fikrincə, qiymət artımı daha çox ictimai nəqliyyatda gediş haqqı və dizel yanacağında gözləniləndir: “Ən böyük ehtimal ictimai nəqliyyatda gediş haqqının və dizel yanacağının qiymətinin artırılması ilə bağlıdır. Bildiyiniz kimi, artıq neçə müddətdir dizel yanacağının Azərbaycanda dünya ölkələrindən kəskin aşağı qiymətə satılmasına dair müzakirələr aparılır. Bundan əlavə, ictimai nəqliyyatın yenilənməsi üçün işlər görülür, vəsait yatırılır, yeni nəqliyyat vasitələri gətirilir. Bu baxımdan, nəqliyyatda gediş haqlarının artırılması da gözləniləndir”.

N.Cəfərli hesab edir ki, 2020-ci ilin martından etibarən qeyd olunan qiymət artımlarına gedilə bilər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı

    Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı ...

    13-05-2019, 17:19

  • 
  • Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

    Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI ...

    10-11-2015, 13:14

  • 
  • 18 faiz bahalaşma olub - rəsmi açıqlama

    18 faiz bahalaşma olub - rəsmi açıqlama ...

    14-09-2017, 14:54

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə 441 manata çatır

    Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə ...

    10-10-2014, 11:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu