2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən illə müqayisədə 12,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən bildiriblər ki, 1 ildə ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz artıb. 11 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 5,6 faiz bahalaşıb. 2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz , o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb. Ay ərzində bu məhsullar bahalaşıb: Düyü Un qarabaşaq yarması peçenye və paxlava makaron məmulatları mal, qoyun və toyuq əti balıq məhsulları kolbasa məmulatları süd məhsulları pendir yumurta kərə və bitki yağları şəkər və şəkər tozu qəhvə çay və kakao spirtli içkilər armud nar heyva pomidor xiyar Bu məhsullar isə ucuzlaşıb: Banan Alma Limon Naringi Xurma Şabalıd kələm göyərti kök soğan Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının qiymətlərində də artım olub. Parçalar geyim və ayaqqabılar inşaat materialları dərmanlar mebel və ev əşyaları zərgərlik məmulatları xalça və digər döşəmə örtükləri ev üçün toxuculuq məmulatları şüşə məmulatları yemək qabları və əşyaları məişət cihazları fərdi kompüterlər dəftərxana ləvazimatları kitablar minik avtomobilləri üçün ehtiyat hissələri bahalaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, məişət cihazlarının, avtomobillərin təmiri xidmətlərinin, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?