“OLX” internet-ticarət platformasında guya koronavirus üçün "peyvənd" in satılması barədə elanlar ortaya çıxıb.
Gundemxeber.Az xəbər verir ki, naməlum dələduz "antidot"(zəhər əleyhinə vasitə) sahibi Xarkovda yaşadığını, ancaq "peyvəndi" ni Ukraynanın istənilən nöqtəsinə satmağa və çatdırmağa hazır olduğunu yazıb. Elanın şərhində deyilir: "Bu antidot İsraildə öz sahəsinin ən yaxşı mütəxəssisləri tərəfindən hazırlanıb".
Saxta "peyvənd" 2500 Ukrayna qriveninə, yəni təxminən 100 ABŞ dollarına təklif edilir.
Bu arada digər bir "sənətkar"koronavirusdan qorunmaq üçün uyğun qiymətə maska almağı təklif edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?