Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön prezidentin qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreyanın təşkil etdiyini söyləyib. O bildirib ki, sui-qəsddə istifadə edilən kimyəvi maddə təkcə ABŞ-ın kimyəvi silah ehtiyatlarında istifadə olunur.
Fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edən Namın cəsədinin ekspertizası zamanı onun yüksək dozada psixatrop dərmanların qəbulundan zəhərlənərək öldüyü söylənilib. Nəşr yazır ki, Kim Çen Namın üzərində orqanizmdə qalmış zəhərləri təmizləyə biləcək 12 ampula antidot aşkarlanıb. Bu maddə eyni zamanda sui-qəsd zamanı istifadə edilən zəhərli “VX Nerve Agent” adlı maddəni də zərərsizləşdirə bilərdi. Bunu Namın cinayət işini araşdıran toksikoloq K.Şarmila da təsdiqləyib: “Ampulaların içərisində zəhər əleyhinə panzəhər (antidot) olub. Maraqlıdır ki, o bunlardan niyə istifadə etməyib?” /publika/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?