Hazırda ABŞ-da 618,000 milyoner millenallar (1982 və 1996-cı illər aralığında dünyaya gəlmiş gənclər) var ki, onların 44 %-i bir ştatda yaşayır. "Coldwell Banker Global Luxury" və "WealthEngine" şirkətlərinin 2019-cu il üçün birgə hazırladığı hesabata əsasən bu gənclərin xalis gəliri $1 milyon dollardan çoxdur.
Hesabat göstərir ki, varlı gənclərin sayı artmaqda davam edir. Və onlar getdikcə daha da varlanır.
"2030-cu ilə qədər bu gənclər indiki sərvətlərindən beşqat daha çox sərvətə sahib olacaq, və sələflərindən onlara ümumilikdə $65 trilyon dollar sərvət miras qalacaq. Bu isə tarixin ən böyük sərvət köçürülməsi olacaq," hesabatda bildirilir.
"Ən Böyük Sərvət Köçürülməsi" bu millenialların valideyinləri olan və "baby boomer" adı ilə tanınan, hazırda 55-75 yaş arasında olan nəsildir. Baby boomer-lər tarixin ən varlı nəsli hesab edilir.
Milyoner millenialların demək olar ki, yarısı - 44 faizi Kaliforniya ştatında cəmləşib. Hesabatda bildirilir ki, "Qızıl Ştat-Kaliforniya" əmlak investorlarının yaşadığı ən yüksək faizə malik ştatdır - 23 faiz.
İkinci yerdə isə Nyu York ştatı gəlir. Belə ki, milyoner millenialların 14 faizi bu ştatda yaşayır.
Lakin yaşayış yerinə görə ən çox milyonçuya sahib ərazi bu ştatların heç birinə məxsus deyil. Belə ki, ən çox milyonçu Miçiqan ştatının Traverse şəhərində yaşayır.
Tarixən turistik ərazi olan Miçiqan Gölü qəsəbəsi Coldwell Banker şirkətinin hesabatına əsasən olduqca güclü ikinci əmlak bazarına malikdir. Burada lüks evlərin qiyməti ümumi olaraq 500,000 dollardan başlayır. Müqayisə üçün Silikonlar Vadisində lüks evlərin qiməti $2 milyon dollardan başlayır.
Hesabatın bir nəticəsi onu göstərir ki, milyonçu milleniyallar daha çox şəhər ətrafı, ikinci dərəcəli və əlverşli bazarlara sahib yerlərdə məskunlaşmağa üstünlük verir ki, bu da gəlirinin onları daha irəli aparmasına kömək olacaq.
Hesabatın statistikasına əsasən, ən çox milyonçu millenialların yaşadığı ştatların sıralaması belədir:
Sorğu
Yeni dizaynımız necədir?