Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan bir lisey şagirdi etdiyi hərəkətlə hamının rəğbətini qazanıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-da yaşayan 17 yaşlı Məhəmməd İslam adlı məktəbli dərs tənəffüslərində fond birjalarından aldığı səhmləri sataraq milyoner olub.
Hazırda 72 milyon dollara sahib olan Nyu-York sakini olan bu gənc, 9 yaşından etibarən birja ilə maraqlanmağa başlayıb.
Qazandığı pullarla dostlarını şəhərin lüks restoranlarına aparan İslam, özünə də son model avtomobillərdən birini alıb. Lakin hələ sürücülük vəsiqəsi olmadığına görə onu idarə edə bilmir.
Manhettində isə lüks bir mənzil alan İslama ailəsi hələ ki, orada gedib qalmağa icazə vermir. Atasının artıq işləmədiyini və ailənin ehtiyaclarını özünün ödədiyini söyləyən Məhəmməd İslam, gələcəkdə sərvətinin 1 milyarda çatdırmaq istədiyini bildirib.
Qeyd edək ki, Məhəmməd İslam ailəsi ilə birlikdə Benqaldan ABŞ-a gələn immiqrantlardandır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?