GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Oğurluq etdiyi evdə pedofilə məxsus şəkilləri aşkarlayan oğrunun həyatı necə dəyişdi?

Oğurluq etdiyi evdə pedofilə məxsus şəkilləri aşkarlayan oğrunun həyatı necə dəyişdi?

Tarix: 24-02-2020, 11:39 Bölmə :Maraqlı Baxış: 608
Oğurluq etdiyi evdə pedofilə məxsus şəkilləri aşkarlayan oğrunun həyatı necə dəyişdi?


ABŞ sakini Matthew Hahn narkotiklərə hələ yeniyetmə illərində üz tutdu. Hər şey marixuana ilə başladı, daha sonra onu sintetik narkotiklər əvəz etdi. Narkotiklərə pul tapmaq çətinləşirdi və o, orta məktəbi buraxıb oğurluq yolunu tutmalı oldu. Beş il həbsdə qalandan sonra, 2011-ci ildə azadlığa buraxıldı. Hahn iki ağır cinayətə görə məhkum olunub.

Kaliforniya ştatının qanunvericiliyinə görə, üçüncü dəfə qanunu pozanlara qarşı ömürlük həbs cəzası tətbiq oluna bilər. "Bir neçə il hər şey yaxşı getdi. Yaxşı işim var idi. Məktəbə getdim. Kollecə getməyə başladım. Ancaq sonra faciə baş verdi".
Hahn deyir ki, ən yaxın uşaqlıq dostu intihar edəndən sonra o, yenidən narkotik və oğurluğa üz tutdu. "Onun öhdəsindən gələ bilmədiyim üçün həyatım yenidən alt-üst oldu."

Seyfdən istifadə olunmuş uşaq bezləri çıxdı

2005-ci ildə o, Los Gatos şəhərində oğurladığı bir seyfi evinə gətirdi. Seyfin içindən bir dəst uşaq bezləri çıxdı: "Seyfdə başqa şeylər də var idi. Silah və fotoşəkillər saxlanılırdı. Sahibi ilə əlaqəli sənədlər də var idi". Hanh başqa əşayalar arasında rəqəmsal kamera kartını da tapdı. "Kartı kompüterə qoşdum. Gözlərimə inana bilmirdim. Şəkillərdə seyfin sahibi uşağa cinsi təcavüz edirdi."

Norveç həbsxanalarında sakit və dinc həyat

Vəziyyət belə idi ki, cinayətin baş verdiyinə dəlalət edən əşyaya rast gəldiyini açıq deyə bilməzdi. Əks təqdirdə ömürlük cəza riski yaranardı. Ancaq susmaq da mümkün deyildi. Hahn kamera kartını pul kisəsinə qoydu. Onun üstünə "Xahiş edirəm bu heyvanı küçələrdən yığışdırın" yazaraq, seyfin sahibinin adını və ünvanını əlavə edərək polisə göndərdi. O, başına gələnləri bir qədər fərqli şəkildə anasına söylədi. Dedi ki, kamera kartını ikinci əldən alıb və oğurluq barədə xəbərləri izləməyi xahiş etdi. Təqribən bir həftə keçmiş anası zəng vuraraq bir nəfərin həbsə alındığını dedi. Həbsə alınan şəxs evin sahibi John Robertson Aitken idi. Kamera kartına baxan polislər Aitken-i ifadə vermək bəhanəsi ilə idarəyə çağırdılar. Hahn-a əsasən, Aitken orada ikən günahını etiraf edib. Hahn-ın həyatı köhnə minvalla davam edirdi. Lakin onun satdığı bir əşya hadisələrin cərəyanını dəyişdirdi. EBay-dəki əşyalardan birinin izinə düşən polis, satıcını müəyyən edə bildi. Bundan 8 ay keçmiş Hahn saxlanıldı.
"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
O, üçüncü dəfə məhkum olunmaq riski ilə üz-üzə idi. Hahn-ın əhvalatını bilən polislərdən biri soruşdu: "Yaxşı gedirdin axı, sənə nə oldu?". "Ən azı Aitkeni sizə təslim etdim", - deyən Hahn fotoşəkilləri polisə göndərdiyini dedi.

400 illik cəza təhlükəsinə rəğmən ifadə verdi

Məhkəməni gözləyərkən prokuror ondan ifadə verməyə razı olub-olmadığını soruşdu. Məlum idi ki, sayca üçüncü cinayətin etirafı 400 illik həbs cəzası riskini yaradırdı. Lakin Hahn çətin seçimdən yayınmadı. O, öz gələcəyini risk altına qoyaraq məhkəmə qarşısında ifadə verməyə razı oldu. Məhkəmədə Aitken-ə 25 illik, Hahn-a isə ömürlük həbs cəzası kəsilə bilərdi. Azyaşlıya qarşı təcavüzdə şübhəliyə və oğurluğa görə yaxalanmış şəxsə verilə biləcək cəzaların fərqi ictimaiyyətin diqqətini çəkdi. Həbsxanalarda tək növ geyim tətbiqi hansı ölkədə necədir? İnternetdə müraciətlər yayılmağa başladı. Fikirlər müxtəlif idi.
Bəziləri deyirdi ki, Hahn-a şərti cəza vermək kifayətdir. Digərləri isə, daha sərt cəzaya səsləyirdi. Nəticədə məhkəmə öz qərarını elan etdi. Hahn 14 il həbs cəzası aldı. O, 7 il həbsxanada yatandan sonra buraxıldı. Aitken və Hahn eyni həbsxanaya göndərildi.
"Bizi həbsxanaya aparan avtobusda Aitken oturub qəhvəsini içirdi, mən isə əli qandalı arxada otururdum. O, mənim yaxınlıqda olduğumdan xəbərsiz idi, amma mən onu tanıdım."
Aitken və Hahn bir müddət eyni həbsxanada olublar. Lakin onlar ayrı-ayrı yerlərdə qalıb və yolları heç vaxt kəsişməyib: Aitken təcridxana hissəsində, Hahn isə ümumi rejim bölməsində saxlanılıb. Aitken hələ də həbs cəzasını çəkir.

Məhkəmə qərarlarını icra edən məmurların zorakılığı

Hahn azadlığa yeni insan kimi çıxdığını deyir. O, narkotik asılılıqdan müalicə olunduqdan sonra, daxil olduğu Kaliforniya Universitetində təhsilini başa vurub. Hahn öz xanımı ilə birlikdə yeni ev aldığını deyir. Hazırda o, elektrik kimi yeni işə də düzəlib. "Ən çox peşmançılığım, tanımadığım insanları incitməklə bağlıdır", - Hahn deyir. "Əlimdən gələn ən yaxşı şey narkotik asılılığından əziyyət çəkənlərə öz hekayəmi danışmaqdır ki, başqa insanlar mənim tutduğum yoldan dönə bilsinlər".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uşaq bağçasından oğurluq etdi

    Uşaq bağçasından oğurluq etdi ...

    19-02-2016, 12:03

  • 
  • Bakıda polis itkin düşən şəxsi oğurluq üstündə tutdu

    Bakıda polis itkin düşən şəxsi oğurluq üstündə ...

    17-02-2014, 15:58

  • 
  • Azərbaycan tranzit ölkə olaraq qalır

    Azərbaycan tranzit ölkə olaraq qalır ...

    3-03-2016, 14:27

  • 
  • Bakıda qadın kişinin evinə oğurluğa girdi

    Bakıda qadın kişinin evinə oğurluğa girdi ...

    28-03-2016, 12:14

  • 
  • “Yoluxduğumu eşidəndə dünya başıma yıxıldı...” – İİV-li narkomanın HƏYAT HEKAYƏSİ

    “Yoluxduğumu eşidəndə dünya başıma yıxıldı...” – ...

    1-12-2015, 14:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu