Çin hakimiyyəti ölkədə koronavirus epidemiyasının sona çatdığını elan edib.
Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fenq açıqlama verib.
“Martın 28-nə olan məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı üç mindən azdır. Beləliklə, Çində infeksiyanın yayılması dayandırılıb”,- deyə o, epidemiya ilə əlaqədər keçirilən brifinqdə bildirib.
Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 680 mini keçib.//“Qafqazinfo”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?