İngiltərə hökumətinin tibbi məsələlər üzrə müşaviri Kris Uitti koronavirus zamanı üç ölümcül təhlükəli faktoru açıqlayıb.
Onun çıxışı barədə kadrlar “YouTube”da yayımlanıb.
Ekspertin sözlərinə görə, əsas faktorlardan biri yoluxan şəxsin yaşlı olmasıdır.
Bundan başqa, risk qrupuna ürək-damar xəstəlikləri olan, səhhəti ilə bağlı başqa problemlərdən əziyyət çəkən insanlar da daxildir.
K.Uitti vurğulayıb ki, koronavirusdan ölən xəstələrin 90 faizinin azı bir başqa xəstəliyi olub.
Mütəxəssis cinsiyyət məsələsinin də epidemiya zamanı risk faktorlarından biri olduğunu vurğulayıb. Tibb işçisinin sözlərinə görə, naməlum səbəbdən yeni virusa kişilər qadınlardan daha çox yoluxur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?