ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo COVID-19 pandemiyası ilə bağlı sərt karantin müddətində toy mərasimini onlayn formada keçirməyə icazə verib.
Gundemxeber.Az xəbər verir ki, cütlüklər internet üzərindən ərizə verə bilərlər, dövlət xidmətləri isə mərasimi onlayn şəkildə keçirəcəklər. “Siz indi bunu “Zoom” vasitəsilə edə bilərsiniz. Hə, ya yox?”, - deyə Kuomo brifinqdə bildirib.
Qeyd edək ki, bu qərar koronavirus səbəbindən ştatda məhdudlaşdırıcı tədbirlərin mayın 15-dək uzadılmasından sonra qəbul edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?