"Azərpoçt" MMC poçt xidməti operatoru itirilmiş sənədlərin tapılması üzrə onlayn xidmət işə salıb. Bu barədə Trend-ə MMC-dən məlumat verilib. Məlumata görə, pochtap.az ünvanında itirilmiş sənəd barədə məlumat və şəxsiyyəti təsdiq edən məlumatlar daxil edilir. Bu məlumatlar bazaya daxil edildikdən sonra sənəd tapılarsa, vətəndaş bu barədə bildiriş əldə edir. Bu günədək bu xidmət vasitəsilə 34 sənəd tapılıb. "Pochtap" xidməti ilə bağlı vətəndaşlar üçün "169" telefon dəstək xidməti fəaliyyət göstərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?