GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

“Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS

Tarix: 5-05-2020, 21:46 Bölmə :Maraqlı Baxış: 502
 “Virtual məktəb”in real problemləri – Pandemiyadan AÇIQ DƏRS


Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq, təhsil müsəssisələrinin fəaliyyəti bərpa olunmayıb və dərslər virtual olaraq davam edir. Hazırda dərslər Təhsil Nazirliyinin təşkil etdiyi “Virtual məktəb” platformasında qeydiyyatdan keçərək aparılmalı və Nazirlik müəllimlərin onlayn fəaliyyət göstərdiyinə əmin olmaldır. Lakin bu baxımdan bir sıra çatışmazlıqlar və problemlər meydana çıxır.

Belə ki, virtual dərslərdə iştirak etmək üçün texnoloji anlayış olmalı və internet vasitəsi ilə dərslərə qoşulmalısan. Təbii ki, xüsusən kənd və rayon yerlərində əksər insanların texnologiyadan anlayışı azdır. Digər tərəfdən, müəllim və şagirdlər günün, ən azı 7-8 saatını dərslərə həsr etməlidirlər. Təbii ki, kənd yerlərində internetin, Wi-Fi sisteminin tam oturuşmadığını nəzərə alsaq, bunun üçün ayda minimum 30-40 manatlıq mobil internet paketi lazımdır. Bu da müəllim və şagirdlər üçün həm maddi, həm də digər çətinliklərə yol açır.

Bəs, prosesin daha asan və daha əlverişli həll yolu varmı?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektrounun müdiri Cəsarət Valehov AYNA-ya açıqlamasında Nazirliyin bununla bağlı daha asan yollar axtardığını deyib: “Hər zaman bununla bağlı müzakirələr aparırıq ki, daha asan, daha ucuz və daha əlverişli yollar tapaq. Lakin, şübhəsiz ki, internet olmadan bu prosesi aparmaq qeyri-mümkündür. Təhsil Nazirliyi də bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib və bu xətt üzərində “Azərcell” şirkəti “Virtual məktəb” layihəsinə qoşulan müəllimlərimiz üçün 5 GB dəyərində güzəştli paket təqdim edib, artıq həmin müəllimlər paketdən yararlanırlar. Digər mobil operatorların da bu işə qoşulmasını gözləyirik. İndiki halda bizim gördüyümz işin arealı, əsasən bundan ibarətdir”.

“Digər tərəfdən, biz müəllimlər üçün təlimlər keçir və onlayn şəkildə bunu yerinə yetiririk. Düzdür, bu, o demək deyil ki, sözügedən təlimlər vasitəsilə qısa müddətdə hamını öyrətmək mümkün olacaq, amma yenə də təlimlərimizi davam etdiririk. “Virtual məktəb” platformasında iştirak edə bilməyən müəllimlər üçün isə heç bir problem olmayacaq”, - deyə qurumun sözcüsü əlavə edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə isə, Nazirlik ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək göstərmələri üçün mobil operatorlara müraciət edib: “Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” şəbəkəsi də qoşulub. Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir”.

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət AYNA-ya şərhində, mövcud durumu təhsilə zərbə kimi qiymətləndirib: “Şagirdlərimiz məktəbdən və real dərslərdən uzaqlaşmaq məcburiyyətində qaldılar. Lakin onu da qeyd etmək lazımdır ki, rayonlar və kəndlərdə onlayn proqramlardan istifadə etməyi bacaran müəllim heyəti var. Doğrudur, bu, çoxluq deyil və az saydadır. Lakin həmin az sayda olan heyətin əksəriyyəti 2013-cü ildə tərəfimdən keçirilən “Elektron məktəb layihəsi”nin məzunlarıdır. Çox sevindim ki, həmin ərəfədə o iş lazımsız hesab edilirdisə, bu gün həmin layihə gündəm oldu və həmin müəllimlər çox yüksək bacarıqla dəqiq onlayn dərs keçə bilirlər”.

“Bu gün demək olar ki, hər kəs android proqramlı telefondan istifadə edir. Lakin əksəriyyət yalnız “WhatsApp”dan istifadə edə bilir və dərsləri bu şəkildə keçirlər. Təbii ki, buna da dəstək vermək lazımdır. Çünki bizim müəllimlərimiz həqiqətən də öz fədakarlıqlarını, zəhmətsevərliklərini bu şəkildə də göstərirlər. Əgər həmin müəllimlər vicdanlı şəkildə öz şagirdlərinin təhsildən geri qalmaması üçün əllərindən gələni edirlərsə, buna ancaq sevinmək lazımdır. Hətta, ilk başdan heç bir əmr və layihə olmadan da həmin müəllimlər könüllü olaraq dərslərin keçirilməsinə başlamışdılar”, - deyə ekspet vurğulayıb.

Müsahibimiz onu da qeyd edib ki, hazırda müəllim və şagirdləri layihəyə cəlb etməklə yüksək nəticə əldə etmək mümkün olmayacaq: “Səbəb də odur ki, müəllimlər əvvəlcədən hazırlanmalıydılar. Məsələn, mən “Virtual məktəb”ə daxil oluramsa, elektron resurslarla işləyirəmsə, özüm elektron resurs yarada bilirəmsə, interaktiv fəaliyyətim güclüdürsə mənim kimi müəllimləri seçib hansısa bir rayonda sinifləri bölüb səlahiyyət vermək lazım idi. İmkan daxilində də kadr hazırlığını nəzərə alaraq fənn-fənn müəlimlərə tapşırıq verilərdi, müəyyən dəstək göstərilərdəi. O müəllimlər də onlayn olaraq Respublika üzrə bölgə-bölgə dərslər keçərdilər”.

“Yəni rayonlarda mərkəzlər yaradılmalı idi. Bu mərkəzlərdə məlum olardı ki, həmin rayonda bir neçə nəfər informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olan müəllim var. O müəllimlərin fəaliyyətini nəzərə alaraq onlardan xahiş etmək olardı ki, virtual məktəbə daxil olsunlar və hansısa məktəblərin siniflərini əlavə edib qoşulsunlar. O da çox asanlıqla, çətinlik çəkmədən dərslərini keçəcəkdi. Təbii ki, əksi olanda da texnologiyadan anlayışı olmayan, yaxud yaşlı müəllimlərdən bunu istəmək etirazlara səbəb olur və neqativ hallara yol açır. Ona görə də belə məqamları nəzərə almaq lazmdır”, - A.Həsrət vurğulayıb.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri

    Nazirliklərin və provayderlərin səsi niyə ...

    6-04-2020, 23:09

  • 
  • VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR

    VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR ...

    6-05-2013, 23:16

  • 
  • İmişlidə dərslər boykot olundu

    İmişlidə dərslər boykot olundu ...

    16-09-2015, 15:34

  • 
  • Tələbə qəbulu prosesi başlayır

    Tələbə qəbulu prosesi başlayır ...

    31-03-2016, 23:48

  • 
  • Neyrocərrahlar virtual gözlüklə əməliyyat aparıblar

    Neyrocərrahlar virtual gözlüklə əməliyyat ...

    22-02-2016, 17:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu