Musiqi müəllimi on yaşlı məktəbliyə dəfələrlə təcavüz edib. Cinsi istismar dərs zamanı baş verib.
Rusiya paytaxtında baş verən dəhşətli hadisə barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.
Qızın sözlərinə görə, o, altı ay müəllimi Aleksandr Beryozkinin iyrənc davranışına məruz qalıb.
Uşaq əvvəlcə baş verənlər barədə heç kimə bir söz demək istəməyib, lakin sonra dözə bilməyib və anasına etiraf edib. Bundan sonra qadın Moskva polisinə müraciət edib.
Uşağın sözlərinə görə, qrup məşğələlərində müəllimi ona ayrıca diqqət göstərib və dizini sığallayırmış. Sonradan Beryozkin qızın “istedadını” görüb və onunla fərdi məşğul olmağı təklif edib.
Məktəblinin sözlərinə görə, müəllim bu dərslərdə onu 10 dəfə zorlayıb, sonuncu təcavüz hadisəsi fevral ayında baş verib.
Hadisə ilə bağlı istintaqa başlanılıb.
A.Beryozkin saxlanılıb. Onu 20 il müddətinə həbs cəzası gözləyir.
Müstəntiqlər 10 yaşlı qızın onun yeganə qurbanı olmadığını düşünürlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?