Faktın üstü 9 yaşlı qızın baş verən hadisəni qohumlarının uşaqlarının yanında danışması nəticəsində açılıb
Hadisə Azərbaycanda daha bir dəhşətli və iyrənc zorlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Siyəzən rayonunda 37 yaşlı ata 9 yaşlı doğma qızını zorlayıb. Bu barədə qızın anası polisə şikayət edib. Belə ki, Ziyad Eyvazov dəfələrlə 9 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edirmiş. Verilən məlumata görə, Z.Eyvazov qızına qeyri-ənənəvi yolla təcavüz edib. Şikayət daxil olan kimi qız tibbi ekspertizadan keçirilib. Analizlərin cavabı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Eyvazov əvvəllər də qızına qarşı əxlaqsız hərəkətlər edirmiş. Lakin bu barədə heç kim bilməyib. Faktın üstü 9 yaşlı qızın baş verən hadisəni qohum qızların yanında danışması ilə açılıb. Qohumları qızın anasına xəbər verdikdən sonra ana ərinin davranışlarına fikir verib. Bundan sonra ərindən polisə şikayət edib.
“Bu barədə eşidəndə dəhşətə gəldik. Bu vaxta qədər çox cinayət və cinayətkarlar görmüşük. Lakin belələrini gördükdə adam dəhşətə gəlir. İnanırsız utandığımızdan 9 yaşlı uşağın üzünə baxa bilmirdik. Əclafın biridir, adını ata qoyub. Belələrinə ən ağır cəza vermək laızmdır”. Bu sözlər hüquq-mühafizə orqanlarından məsələyə münasibət bildirilərkən deyilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?