Rusiyanın iki gün əvvəl rəsmən qeydiyyatdan keçirdiyi və “Sputnik V” adını verdiyi koronavirus peyvəndinə Qərbin səhiyyə rəsmiləri tərəfindən mənfi reaksiyalar gəlməkdə davam edir.
Peyvəndlə bağlı öz şübhələrini ABŞ-ın baş infeksionisti Entoni Fauççi ifadə edib. Onun sözlərinə görə, amerikalılar da elə bu həftə eyni vaxtda bir neçə pereparat variantı təqdim edə bilərdilər, amma hələ ki onların tam təhlükəsizliyinə və təsirinə əmin deyillər.
Fauççi deyib ki, bütün müvafiq sınaqlardan keçməyən pereparat nəinki lazım olan effekti verməyə bilər, eyni zamanda çoxlu sayda insana zərər verər.
ABŞ prezidentinin köməkçisi, xanım Kellian Konuvey isə bildirib ki, “Sputnik V” Amerikada işlənib hazırlnan peyvəndlərdən geri qalır və olduqca az sınaqlardan keçib. O, Rusiya standartlarını tənqid edərək deyib ki, ABŞ-da peyvənd olduqca daha sərtdir. “Bizim üçüncü tədqiqat fazasında olan altı potensial peyvəndimiz var, onlar isə belə görünür ki, bu səviyyəyə hələ gəlib çatmayıblar”,-Konuvey deyib.
Almaniynın səhiyyə naziri Yens Şpan da Rusiya peyvəndinə münasiət bildirib. Onun sözlərinə görə, pereparatın başlıca problemi informasiyaların qıtlığıdır. Çünki Rusiya hakimiyyətinin dərmanın işlənib hazırlanması sahəsində fəaliyyəti kifayət qədər şəffaf deyil. Şpan deyib ki, pereparatın təhlükəsiz olması daha vacibdir, nəinki onun birinci buraxılması. Və hətta pandemiya dövründə belə istehsalına başlamazdan əvvəl peyvəndi diqqətlə yoxlamaq lazımdır.
Lakin bəzi xarici liderlər Rusiya peyvəndini vururmağa hazır olduqlarını ifadə edirlər. Serbiya prezidenti Aleksandr Vuçiç deyib ki, mütəxəssislər tövsiyə etsə o, Rusiya peyvəndini vurduracaq. Bundan əvvəl isə Filippin prezidenti Rodriqo Duterte Rusiya peyvəndini özündə sınaqdan keçirməyə hazır olduğunu bildirmişdi.
Qərbin pereparata qarşı skeptik münasibətini Rusiyada “paxıllıqla” izah edirlər. Pereparatın işlənib hazırlanmasını maliyyələşdirən Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev CNN efirində deyib ki, peyvəndin işlənib hazırlanmasına Rusiyanın yanaşması zamanla öz effektivliyini sübut edəcək. “Əgər altı ay sonra nümayiş olunsa ki, pereparat uğurludur, o zaman bir çox ölkələrin ondan niyə kor-koranə imtina etdiyi barədə çoxlu suallar meydana çıxacaq”,-Dmitriyev deyib.
Onun fikrincə, “Sputnik V”-yə qarşı indiki neqativ münasibət dünyada hökm sürən siyasi vəziyyətlə bağlı ola bilər. Dmitriyev əlavə edib ki, peyvəndi ehtiyatla və tədricən tətbiq edəcəklər.
Səhiyyə naziri Mixail Muraşko isə Qərbdən səslənən tənqidləri “rəqabət qorxusu” ilə əsaslandırıb və bunu əsassız adlandırıb.
“Sputnik V” mülki dövriyyəyə 2021-ci il yanvarın 1-dən buraxılacaq. Onun istehsalı ilə bağlı artıq beş ölkə ilə razılıq əldə olunub. Bildirilir ki, ildə yarım milyard doza peyvənd istehsalı nəzərdə tutulur./Virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?