Cari ilin 8 ayında respublikada baş verən yol qəzalarında 254 piyada ölüb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin yanvar ayının 1-dən avqust ayının 31-nə qədər ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 718 yol qəzası qeydə alınıb. Nəticədə 254 nəfər ölüb, 530 nəfər yaralanıb.
Hesabat dövründə baş verən yol-nəqliyyat hadisələrində 56 uşaq ölüb, 189 nəfər yaralanıb. Cari ilin ilk 8 ayında sərxoş sürücülər tərəfindən törədilən 61 yol qəzası qeydə alınıb. Nəticədə 25 nəfər ölüb, 79 nəfər yaralanıb.
K. Əliyev, həmçinin qeyd edib ki, surət həddinin aşma səbəbindən baş verən 560 hadisə nəticəsində 263 nəfər ölüb , 504 nəfər xəsarət alıb. Ötmə qaydasını düzgün yerinə yetirməmə səbəbində 584 hadisə qeydə alınıb, nəticədə 271 nəfər ölüb, 777 nəfər yaralanıb.
Sentyabrın 12-dən 20-nə qədər respublikada 111 yol qəzası qeydə alınıb. Nəticə 32 nəfər ölüb, 159 nəfər xəsarət alıb.
Qeyd edək ki, cari ilin ilk 8 ayında respublikada 1897 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 754 nəfər ölüb, 2044 nəfər xəsarət alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?