Bu il respublikada baş verən yol qəzalarında 971 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin ilk 10 ayında respublika ərazisində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalarda 971 nəfər ölüb, 2558 nəfər yaralanıb.
Ölkə ərazisində piyadaların vurulması ilə nəticələnən 921 hadisə qeydə alınıb. Nəticədə 328 nəfər ölüb, 671 nəfər yaralanıb.
Surət həddinin çox olması səbəbindən 707 yol qəzası baş verib. Nəticədə 344 nəfər ölüb, 622 nəfər yaralanıb.
Ölkə ərazisində ötmə qaydasının pozulması ilə nəticələnən 755 yol qəzası olub. Nəticədə 330 nəfər ölüb, 976 nəfər yaralanıb.
K. Əliyev qeyd edib ki, sərxoş sürücülər 69 yol qəzası törədib, nəticədə 28 nəfər ölüb, 78 nəfər yaralanıb.
Məlumata görə, cari ilin müvafiq dövri ilə müqayisədə yol-nəqliyyat hadisəsi 26 fakt azalıb, 2 ölüm faktı artıb, yaralı sayı isə 48 fakt azalıb.
Sorğu
Yeni dizaynımız necədir?