Çinin Haynan adasında aztəminatlı ailələrin gəliri ilin əvvəlindən bəri 100 milyon yuan (25.5 milyon AZN-dən çox) artıb. Hökumət yoxsulluqla mübarizə üçün elektron ticarətin inkişafı layihələrinə başlayıb. Bu “resept” yeni iş yerlərini yaratmağa imkan verib.
Bu barədə TASS “Hainan Jibao”ya istinadla xəbər yayıb.
Hökumətin bu tədbirləri sayəsində 42 min kasıb sayılan insan gəlir baxımından orta sinif halına gəlib.
Mahalda 3,4 mindən çox kiçik onlayn mağaza fəaliyyət göstərir; bu ilin üç rübündə 11 min insan işlə təmin edilib.
Bundan əlavə, Haynan istehlakı stimullaşdırmaq üçün festivallara və kənd təsərrüfatı məhsulları sərgilərinə ev sahibliyi edir.
Bu ilin əvvəlində ada yoxsulluğu aradan qaldırmaq üçün dövlət planının erkən həyata keçirildiyini elan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?