İş adamı 75 min manatının mənimsənilməsindən şikayətçidir
Artıq ayrı-ayrı məmurların sahibkarları incitməsi bir ənənə halını alıb. Elə bu günlərdə redaksimaza Bakı şəhəri, Nizami rayonu, Mətləb Ağayev küçəsi ev 48 mənzil 1-də yaşayan Yusubov Fəxrəddin Əli oğlu da, şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda bildirilir: “Hörmətli redaksiya, mənim şiakyətim Milli Məclisin üzvü, millət vəkili , Elton Məmmədovdandır: Belə ki, mən 2007-ci ildə Nəqliyyat Nazirliyinin yaxınlığındakı Yol Ötürücüsündə briqadamla işləyirdim.Bizimlə birgə Elton Məmmədovun işini aparan, milliyətcə rus olan İvanov Yuri İvanoviç də çalışırdı. İşlədiyim işi təhvil verdim və mənim Yuri İvanovda 75.000 AZN alacağım qaldı, alacağım pul yubanırdı, fəhlə və ustalar məni pula görə çox narahat edirdilər, ona görə mən məcbur olub adam axtarmağa başladım ki, pulu tez alım. Tapdığım o şəxs E.Məmmədovun bacanağı Mehman oldu . Onun telefon nömrəsi belədir (050 221-88-82). O, məni bulvarda Elton Məmmədovla yaxından tanış etdi və məsələni ona danışdı.Elton Məmmədov məsələnin nə yerdə olduğunu biləndən sonra , məni Milli Məclisin birinci mərtəbəsində olan kabinetinə dəvət etdi. Mən səhərisi günü (2007-ci ilin aprel ayında) Milli-Məclisdə görüşdük. Mənim yanımda İvanova telefon açdı və dedi: Sən bilmirsənmi ki, Fəxrəddin mənim həyat yoldaşımın qohumlarındandır. Telefonda danışdılar və dedi: “qohum işlərin həll olundu”. Günü sabah sənin pulunu verəcək, mən ona sual etdim ki, Elton müəllim bunun müqabilində sənə nə qədər pul verməliyəm, o, isə mənə heçnə dedi və gülümsündü. Bunun əvəzində sən, qohumumun (yeznənin) Ucar rayonunun, Qazı - Qumlaq kəndindəki evinin və həyətin zaborunu daş bəzək işlərini və Nardarandakı bağımda təmir işləri görərsən vəssalam. Ondan əlavə mən, sənə Cavid Qurbanovdan bir körpü işi alıb verərəm, razılaşdıq sağollaşdıq. Səhərisi günü gəlib, onun mənə verəcəyi pulu götürüb işə başlamağı tapşırdı. Səhərisi günü dediyi kimi getdim Ucara və üç gündən sonra Qazı – Qumlaq kəndində işə başladım. Alacağım pulun 60.000 AZN alıb vedri. Mən, isə 2007-ci ilin sentyabr ayında işi tamamladım. Lakin söz verdiyi (Cavid Qurbanovdan) körpü işi söz olaraq qaldı. Heç bir iş, nə də ki, gördüyüm işin 75.000 ABŞ dollarından bir qəpik vermədi. Ancaq böyük qardaşı Nəriman mənə 1000$ (dollar) vermişdir. Neçə dəfələrlə yanında oldum mənə gözləməyi məsləhət gördü. Məni tezliklə, şirkət prezidenti edəcəyinə çoxlu işlər verəcəyinə söz verdi. Çox gözlədim ancaq heç bir səs-səmirini eşitmədikdə məcbur olub Nəqliyyat Naziri E.Məmmədova iki ədəd teleqram ünvanladım. (2008-ci ildə) Ziya müəllimin köməkçisi Nəsir və Xandadaş (ümumi şöbənin müdiri) məsələnin nə yerdə olduğunu soruşdular və mən yuxarida dediklərimi onlara çatdırdım. Səhərisi günü bacanağı Mehman mənə zəng edib birlikdə Avtovağzala Elton Məmmədovun yanına getməyi təklif etdi və onun yanına gəlməyi bildirdi. Mən səhərisi gün Elton Məmmədovun bacanağı Mehmanla birlikdə Avtovağzala onun kabinetinə getdik.Məni çox yaxşı qəbul etdi və dedi qohum ayıb deyil, bacının evində işləmisən indi şikayət edirsən. Mən cavab verdim bəs nə edim nə iş verirsən, nə də ki pul? Kişi sözü verirəm sənə pulu verim yoxsa biz qardaş olaq ömrümüzün sonunadək? Əlbəttə kişiliyi üstün tutub qardaş olmağımızı bildirdim. Məni öpüb seyfindən 5000$ (dollar) verdi və dedi get tezliknən Leninqradda ev almışıq onu “Otel” edəcəyik. Onun təmirinin rəhbərliyini sənə tapşıracağam. Məndə onun yağlı sözlərinə inanıb, pulu alıb sağollaşdıq. Bacanağı Mehman məni, Eltonla tanış etdiyinə görə iş faizi 1200AZN aldı. Çox gözlədim nə işdən xəbər oldu, nə də ki, puldan. Nəhayət Yeni Avtovağzalın tikintisində (2009-cu ildə) su qiymətinə, müqaviləsiz “Zqan Holdinq”in 21-ci əsr şirkəti vasitəsilə iş verdi. Onu işləyib qurtardım, bu işdəndə yenə 10.000AZN ilişib qaldı Elton Məmmədovda. Məcbur olub yenə 2010-cu ildə, iki ədəd teleqram qardaşı Ziya müəllimə göndərdim. Başıma açdığı oyunbazlıqlardan məktub yazaraq hər yerə ünvanlayıram. Nəhayət, 3000 (üç min) bir, 3000 (üç min) bir, 21-ci əsr şirkətinin borcunu verib qurtardı. Evini və Nardaranda olan bağındakı işlərinin pulunu tezliklə verəcəyinə söz verdi. Lakin bu da yenə söz olaraq qaldı. Nəhayət yenə Ziya müəllimə teleqramlar və məktublarla müraciət (2013-cü il) etdim. 2013-cü ilin iyun ayının 19-da Şirvan şəhərində qəbulunda oldum. Ziya müəllim tezliklə araşdıracağına söz verdi. Lakin bu günə kimi Ziya müəllimdən heç bir xəbər yoxdur. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Oktay Əsədova, İnsan Hüquqları üzrə müvəkkilə teleqram və məktublar ünvanladım. Milli Məclisin məktublar şöbəsindən Ziya müəllimə məktub göndərilib ki, məsələni araşdırsınlar. Lakin Ziya müəllim bu məktubu da cavabsız qoyub”. Şikayətçi qəzetimiz vasitəsilə aidiyyət qurumlardan cavab istəyir və ona məxsus mobil telefonunun nömrələrini xatırladır .(050) 612-46-81, (070) 943-41-24 Yusubov Fəxrəddin Əli oğlu. Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun Türkiyə vətəndaşına məxsus “Lyuks-Sönməz” MMC ilə məhkəmə çəkişməsində olduğu iddia edilib. Bildirilir ki, deputat statusundan sui-istifadə edərək Türkiyə vətəndaşına məxsus ərazini vaxtilə Avtovağzal tikilən zaman zəbt edib, tərəflər arasındakı münaqişə məhkəməyədək gedib çıxıb. Ancaq son anda Elton Məmmədov türk iş adamını razı saldığından məhkəmə işə xitam verib. İddialara görə hətta Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun bir müddət öncə Azərbaycana səfəri zamanı da problem rəsmi Bakının diqqətinə çatdırılıbmış.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?