Gecə təxminən saat 1-də şəhərində bir taksi sürücüsü polisi arayaraq aqressiv sərnişinin karantin məhdudiyyətlərinə riayətdən qəti şəkildə imtina etdiyini bildirib.
Gundemxeber.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
Sürücü bildirib ki, sərnişin qoruyucu maskasızdır, sosial məsafəni qorumaqdan və başqaları ilə fiziki təmasdan çəkinməkdən imtina edir. Polis bölməsinə aparıldıqdan sonra sərxoş kişi avtomobildən düşməkdən də üz döndərib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu zorla maşından düşürərək səhərə qədər həbsdə saxlayıblar.
Cinayətkar ertəsi səhər ayılanda mümkün olan bütün maddələrlə 542 dollar məbləğində cərimə edilib: maskanın olmaması, ictimai yerdə sərxoş olmaq, kobud davranış və polis məmurunun tələblərini yerinə yetirməkdən imtina.
Cinayətkarın Kanada vətəndaşı olub-olmadığı məlum deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?