GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama

Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama

Tarix: 4-03-2021, 11:40 Bölmə :Maraqlı Baxış: 175
Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama


Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Hazırda yoluxma sayının artmasına səbəb nədir?

GundemXeber.Az pravda.az-a istinadən bildirir ki, həkim-infeksionist Nilufər Məmmədovanın dediyinə görə, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: "Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.

Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər".

İnfeksionistin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin, bağçaların açılmasının böyük rolu var: "İstər-istəməz ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb. İctimai nəqliyyatın yükləmə ilə işləməsi, təhsilin yenidən bərpa olunması yoluxma sayının artmasına təsir edib.

Yoluxmanın hansı həddə kimi təhlükəli olmasını əvvəlcədən demək də mümkün deyil. Xəstəxanaların, ayrılmış səhiyyə ocaqlarının tam dolması zamanı artıq yoluxma təhlükə yaradır. Bu zaman stasionar ehtiyacı olan xəstələri yerləşdirmək mümkün olmur. Ancaq o həddə biz hələ ki çatmamışıq".

Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Yoluxma sayının artmasını məktəblərlə əlaqələndirmək olar. Amma məktəblər bağlansa da, bu göstəricilər bəzən yüksək olur. Ola bilsin xarici ölkələrə gediş-gəlişin açılması da təsir göstərib. Eyni zamanda ilin soyuq, fəslin dəyişən vaxtıdır.

Bununla belə, son günlər yoluxma sayı elə də yüksək səviyyəyə qalxmayıb, bizə müraciət edənlər da əvvəlki dövrlə müqayisədə elə çox deyil. Təhsil müəssisələrinin də bağlanması üçün əsas yoxdur. Bizə heç hərarəti olan tələbə də müraciət etməyib. Amma qarşıdan Novruz bayramı gəlir, hər şey insanlardan asılıdır. Ara məsafəni gözləsinlər, adamlar çox olan yerə getməsinlər. Qaydalara əməl olunsa, sərt karantinə də ehtiyac qalmaz. Hazırda vaksinasiya aparılır. İlk olaraq 65, indi 50 yaşda olanlar peyvənd olunur, yavaş-yavaş yaş kateqoriyası aşağı düşəcək. Fikrimcə, müsbətə doğru gedirik".

İ.Bayramovun sözlərinə görə, yoluxma sayı 4-5 minə çatsa, təhlükəli sayılır: "Bu zaman sərt karantin təyin oluna bilər. 400-500 nəfərlik yoluxma təhlükəli rəqəm deyil, bundan da kəskin respirator infeksiyalarda daha çox adam yoluxurdu. Sadəcə, infeksiya epidemiya ərəfəsindədir, insanlarda da xəstəliyə qarşı fobiya yaranıb. Hazırda insanların daha çox maariflənməsinə ehtiyac var. Görürsən işi olmayan, yanaşı xəstəlikdən əziyyət çəkən insanlar maskasız gəzirlər. Bunlar çox təhlükəlidir.

Düşünürəm ki, indiki yoluxma sayı ilə sərt karantin tətbiq olunmaz. İndi bizə müraciət edənlərin sayı da azalıb. Bir çoxunda da koronavirus mədə-bağırsaq pozuntusu ilə başlayır, 37.1, 37.2 hərarət olur. Ağciyərlərdə hər hansı şikayət olduğunu deyən yoxdur. Əvvəlkinə nisbətən yüngül keçir. İnsanlarda koronavirus aşkarlansa da, kliniki gediş əvvəlki kimi deyil, daha yüngüldür. Bundan əvvəl hərarət düşmürdü, 2-3 antibiotik təyin olunurdu. İlkin gündən boğulmalar müşahidə olunurdu. İndi insanlar xəstəliyi adi bir qrip kimi keçirir".

Qeyd edək ki, bu gündən "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu arada "Sinovac" şirkətinin istehsalı olan "CoronoVac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb. Vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "CoronoVac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100 faiz alır.

Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SMS icazə bərpa edilir? – Yoluxma sayındakı artımın səbəbi yas mərasimləridir...

    SMS icazə bərpa edilir? – Yoluxma sayındakı ...

    4-11-2020, 13:29

  • 
  • Sərt karantin rejimi hansı şəhər və rayonları əhatə edəcək? – AÇIQLAMA

    Sərt karantin rejimi hansı şəhər və rayonları ...

    17-07-2020, 12:47

  • 
  • Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər

    Azərbaycanda karantin rejimi yenidən ...

    21-08-2020, 18:00

  • 
  • Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır

    Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa ...

    1-08-2020, 10:01

  • 
  • Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır

    Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa ...

    1-08-2020, 11:06


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (425)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu