BDU-da şok məqam üzə çıxdı “Məmur niyə qudurur?” (“Azadlıq” qəzeti 02 oktyabr, 2013) başlıqlı köşə yazısında Natiq Güləhmədoğlu Bakı Dövlət Universitetində Müaviyyənin oğlu Yezidin şeirlərin tədris materialı olduğunu qeyd edib. “Qafqazinfo” xəbər verir ki, bu məlumat maraqlı olduğundan Azadlıq qəzeti araşdırma aparıb və bəlli olub ki, məlumat kifayət qədər əsaslıdır.
Bu məlumatın sübutu qismində V. İvanov və Y. Gladkovanın müəllifləri olduğu “Fars dili dərsliyi. 2-ci hissə” kitabının skan olunmuş səhifələri öz əksini tapır. Kitabın 20-ci səhifəsində Yezidin “Ey saqi! Ağzınacan doldur badəmi!” adlı şeiri verilib.
Növbəti səhifədə isə şeirin şərhində yazılıb: “Birinci misra ərəbcədir. Bu ərəb şairi Yezid ibn Müaviyənin şeirindən iqtibasdır. Ərəb qəzəlinin ikinci hissəsi qəzəlin sonunda yerləşir.” Nəzərə alsaq ki, ərəb ədəbiyyatında Yezid ibn Müaviyə adında ikinci şair olmayıb, söhbətin məhz İmam Hüseyninin qatilində getdiyi aydın olur.
Kərbəla faciəsinin baiskarı Yezid ibn Müaviyə diktator olmaqla yanaşı həm də şair idi. Onun şeirlərinin əksəriyyəti şərabxorluğu, arvadbazlığı, qumar aludəçiliyini və digər heyvani xislətləri təbliğ edir. Hz. Məhəmmədin peyğəmbərliyini inkar edən “Leibət Həşimun bilmülki, Fə la xəbərun cae və la vəhyun nazil” (“Bəni Həşim qəbiləsi səltənət ilə oynayıb, Belə isə nə bir xəbər gəlib, nə bir vəhy nazil olub”) şeiri də məhz Yezidin qələminə məxsusdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?