"Azadlıq" qəzeti maliyyə böhranı və bank hesabına qoyulan həbslə əlaqədar bu gündən fəaliyyətini dayandırıb.
““Azərbaycan” Nəşriyyatına 20 min manatdan artıq borcumuz var. “Azadlıq”a noyabrın 12-nə qədər vaxt verilmişdi. Biz bu gün çox ciddi səylər göstərdik ki, vaxt uzadılsın. Amma səylərimiz nəticə vermədi, qəzet bağlandı”-deyə Modern.az-a “Azadlıq” qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev açıqlama verib.
R. Hacıyev bildirib ki, borcun yaranmasının səbəbi odur ki, qəzetin bank hesabı bağlanıb: “Məhkəmə bank hesabına həbs qoyduqdan sonra bütün yayım firmalarına “Azadlıq”a ödəniş etməmək tapşırılıb. Biz hətta maaşları ödəyə bilmirik”.
R.Hacıyev deyib ki, qəzetin internet saytı - azadlıq.info fəaliyyətini davam etdirəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?