GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əsgər ölümlərinin ilginc pərdəarxası

Əsgər ölümlərinin ilginc pərdəarxası

Tarix: 22-12-2012, 13:25 Bölmə :Manşet Baxış: 1 227
Əsgər ölümlərinin ilginc pərdəarxası

«Dedovşina» halları pik nöqtəsinə çatıb və artıq vəziyyət nəzarətdən çıxıb

gundemxeber.az Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlı redaksiyamıza dəhşətli faktlar daxil olub. Qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, DSX-da əsgərlər arasında «dedovşina» halları pik nöqtəsinə çatıb və artıq vəziyyət nəzarətdən çıxıb. Məlumat üçün xatırladaq ki, 10 gün öncə DSX-nın hərbi hissələrindən birində əsgər bıçaqlanmışdı. Bu barədə əsgər Həsənov Sirəddin Əlif oğlunun yaxınları kifayət qədər mətbuata məlumat verib. Həmçinin məlumatlarda bildirilirdi ki, Sirəddin Həsənov həqiqi hərbi xidmətini gələn ay başa vurmalı imiş.
Ölümündən bir neçə gün öncə komandiri tərəfindən döyülən əsgər dekabrın 8-də hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan əsgərin meyidi Mingəçevir şəhərinə gətirilərkən baş verən hadisədən şoka düsən əsəgərin yaxınları meyidi gətirən hərbçilərə hücum edib. Nəticədə Dövlət Sərhəd Xidmətinin 10 nəfərə yaxın əməkdaşı xəsarət alıb. Polis hərbçiləri vətəndaşların əlindən ala bilib.
DSX-nın Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin əsgəri 1993 təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən xidmətə aparılan Hacılı Orxan Asif oğlu da döş qəfəsindən bıçaqlanıb. Əsgərin hərbçi yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.
Məlumatda o da qeyd olunur ki, DSX əsgərlərinin arasında «ştıknoj» ilə vurulma artıq «dəb» halını alıb və rəhbərlik nəyin bahasına olursa-olsun bu məlumatların mətbuata çıxmasını əngəlləyir. Daha dəqiqi DSX rəisi Elçin Quliyev onsuz da korlanmış reputasiyasının bir qədər də pis duruma düşməməsinə çalışır.
Məlumatlarda bildirilir ki, Elçin Quliyevin kadrı sayılan Arzu Rəhimovun yarıtmaz fəaliyyəti onu pis vəziyyətdə qoyub. Məsələ burasındadır ki, son dönəmlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsgərliyə aparılan gənc əsgərlərin xəstəlikdən ölməsi aranı əməlli başlı qarışdırıb. Təkcə son çağırışdan sonra üç nəfər bir ayın əsgəri xəstəlikdən ölüb. Əldə etdiyimiz digər məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son 6 ayda yüzlərlə vərəm xəstəsi milli orduya göndərilib və hərbi hissələrdə təkrar müayinədən sonra təxris edilib.
Səfərbərlik Xidməti ilə bağlı əldə etdiyimiz başqa bir fakt da şok effekt yaratmaq gücünə malikdir. Məlumatlara görə Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən iyul ayında xidmətə göndərilən əsgər Əhmədov Elşən Rabil oğlunun böyrəyi yox imiş. Daha dəqiqi yeni xidmət bir böyrəyi olmayan çağırışçını əsgərliyə göndərib və qısa müddət keçəndən sonra onun digər və ya yeganə böyrəyi sıradan çıxıb. Hazırda əsgər hospitalda müalicə olunur və həkimlər bütün güclərini səfərbər edərək onun tək böyrəyini qurtarmağa çalışırlar. Məsələnin maraqlı tərəfi isə bundan ibarətdir ki, Səfərbərlik Xidməti istər böyrəyi olmayan, istər vərəm daşıyıcısı olan, istərsə də başqa qüsurlu xəstə uşaqları məhz milli orduya göndərir. Bu isə kifayət qədər maraqlı məsələdir və bunun təsadüf olduğunu düşünmək sadəcə sadəlöhvlük olardı.

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordumuzda daha bir əsgər ölümü

    Ordumuzda daha bir əsgər ölümü ...

    27-06-2013, 18:23

  • 
  • Əsgər hərbi hissədən qaçıb

    Əsgər hərbi hissədən qaçıb ...

    23-01-2014, 13:43

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Hərbi hissədən qaçan əsgər yaxalandı

    Hərbi hissədən qaçan əsgər yaxalandı ...

    2-12-2012, 16:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (306)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu