İngiltərədəki 23 yaşlı tibb bacısı xəstəxanada vəfat edən 83 yaşlı bir xəstənin debet kartını götürərək gizli şəkildə istifadə etməyə çalışıb.
4 gün boyunca alış-verişə davam edən tibb bacısının fəaliyyəti bankın kartı dondurması ilə sonlanıb. Polis tərəfindən nəzarətə götürülən Ayeşa Başarat adlı qadın ifadəsində ilk əvvəl kartı yerdə tapdığını deyib. Daha sonra xəstənin kartını oğurladığını etiraf edən tibb bacısı məhkəmə tərəfindən 18 ay həbs cəzasına məhkum edilib, lakin cəza təxirə salınıb. Xəstəxana rəhbərliyi hadisə baş verdikdən dərhal sonra qadının işdən çıxarıldığını və xəstənin ailəsinə lazımi dəstəyin verildiyini açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?