Gələn il dünyada koronavirusun yeni və daha təhlükəli növü yarana bilər.
Bu barədə Sürix Texniki Məktəbinin immunoloqu Say Reddi “RİA Novosti”yə açıqlamasında bəyan edib. Həkimin sözlərinə görə, hazırda mövcud ştamların təhlükəli sintezi epidemiyanın növbəti mərhələyə qədəm qoymasına gətirib çıxara, bu isə öz növbəsində çoxsayda insan tələfatı ilə müşaiyət oluna bilər. Reddi yeni mutasiyaları qaçılmaz adlandırıb və onların orqanizmin immun sistemini məğlub etməyi öyrənəcəklərini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?