Gundemxeber.Az xəbər verir ki, Yaponiyada istehsalı dayandırılan "Moderna" peyvəndini vurduran 2 şəxs qısa müddət ərzində ölüb. Yaponiya Səhiyyə Nazirliyi yad maddələr aşkar edildiyi üçün bu peyvəndin istifadəsini ölkə üzrə dayandırmışdı. Lakin,onu vurduran şəxslər də ölkədə az deyil.
Səhiyyə Nazirliyi ilk doza peyvəndi vurduran 30-38 yaş arası iki nəfərin bir müddət sonra öldüyü açıqlayıb. Xatırladaq ki, Yaponiya Səhiyyə Nazirliyi, ABŞ əczaçılıq şirkəti olan "Moderna" tərəfindən hazırlanan koronavirus peyvəndinin istifadəsini dayandırmışdı. Buna səbəb peyvəndin içəriyində insanorqanizmi üçün zərərli olan bir sıra maddələrin aşkar edilməsi olub. Yaponiya buna görə, 1 milyon 630 min dozanın istifadəsini dayandırmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?