GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Niyə köhnə sevgiliylə barışmağı bəzən bu qədər çox istəyirik? Bunu nə vaxt etmək doğrudur?

Niyə köhnə sevgiliylə barışmağı bəzən bu qədər çox istəyirik? Bunu nə vaxt etmək doğrudur?

Tarix: 20-09-2021, 13:08 Bölmə :Maraqlı Baxış: 942

Nə üçün bəzi cütlüklər yollarını ayırndan bir neçə il sonra yenidən birləşmək qərarına gəlirlər? Keçmiş sevgili və ya ərlə barışmaq fikri niyə bu qədər cəlbedicidir?


Yayın əvvəlində Jennifer Lopez və Ben Affleck 17 il sonra yenidən bir araya gəldilər. Sosial şəbəkələrdə çox sayda adam bununla bağlı nostalgiya dolu statuslar yazdı, məşhurların həyatı müzakirə edildi və hətta mədəniyyət sferasına aid müxtəlif növ analizlər ortaya çıxdı.

Lopez və Affleck Hollivudun ulduz cütlüklərindəndirlər, ona görə də tabloidlər və "Tvitter" bu xəbərə reaksiyasız qala bilməyib ciddi səviyyədə vəcdə gəldilər.

Amma, ola bilsin, insanların heyranlığının ən sadə səbəbi Jennifer Lopezlə Ben Affleck-in barışmasının "ulduz şaiyələri" kateqoriyasına aid olmamasıdır. Deyəsən, onlar yenə bir-birilərini sevirlər.

Köhnə sevgiyə qayıtmaq bir çoxları üçün münasibətlərin əsas hissəsini təşkil edir. Amma bu, mənfi nəticələrə gətirib çıxara (Belə uğursuz qayıdışlar barədə çoxbilmiş dostlarınız sizə xeyli tarixçə danışa bilər), hətta kabusa çevrilə bilər - keçmiş sevgiliniz sizi qarabaqara izləməyə başlayıb sizinlə barışmaq istəyini reallaşdırmağa çalışarsa.

Buna baxmayaraq əvvəlki münasibətləri bərpa etmək fikri çox cəlbedici görünə, bəziləri üçünsə həyatının məqsədinə çevrilə bilər - xüsusilə də qarşımızda xoşbəxt sonluqlu nağılları xatırladan birləşmə nümunələri varsa.

Təəccüb doğuran bir statistik göstəriciyə görə, gənclərin 50%-i sevgililərindən ayrılır və bir müddət sonra həmin münasibəti yenidən bərpa edirlər.

Pandemiya şəraitində yaşamaq bəziləri üçün bu prosesi daha da sürətləndirdi: pis xəbərlərin əhatəsində, qapanma dövrlərindəki təklikdə çoxları köhnə sevgini (ya da heç olmasa, marağı) alovlandırmaq həvəsinə düşüb ayrıldıqları sevgililərini axtardılar.

Ekspertlər hesab edirlər ki, münasibətlərin bərpasına hər iki tərəf maraq göstərdiyi təqdirdə bu canatımın nəticəsi müsbət ola bilər - bir şərtlə ki, tərəflər qərəzsiz, əvvəlki illərin təcrübəsini nəzərə alaraq və qarşılıqlı şəkildə anlaşaraq davranmağa hazır olsunlar.

Keçmiş sevgiliylə barışmağı cəlbedici edən nədir?

Əvvəlki birlikdəliyin bərpasında əsas üstünlüklərdən biri bu münasibətdə nəylə qarşılaşacağını bilməkdir.

"Yenidən uzunmüddətli münasibət qurmaq istədiyimiz insanı yaxşı tanımağımız böyük üstünlükdür " - Çikaqodakı Qottman İnstitutunun ailə məsələləri üzrə məsləhətçisi Maykl Maknalti belə deyir.

Onun sözlərinə görə, hər bir cütlüyün heç vaxt həll olunmayan fikir ayrılıqları - potensial konflikt nöqtələri (məsələn, birgə yaşayış, pul, seks, uşaqlar, dostlar, ailə və sairə) var.

Hətta xoşbəxt cütlüklərdə də nöqtələr mövcuddur, çünki münasibət fərqli xasiyyətləri və ətrafda baş verənlərə fərqli baxışları olan iki fərqli insan arasında qurulur.

. Əvvəlki birlikdəliyi bərpa etmək nağılvari sonluqla nəticələnə bilər, bir şərtlə ki, hər iki tərəf vaxtilə ayrılığa gətirib çıxarmış səbəblər haqqında ciddi düşünüb düzgün nəticə çıxara bilsin

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Əvvəlki birlikdəliyi bərpa etmək nağılvari sonluqla nəticələnə bilər, bir şərtlə ki, hər iki tərəf vaxtilə ayrılığa gətirib çıxarmış səbəblər haqqında ciddi düşünüb düzgün nəticə çıxara bilsin

Qottman İnstitutunun araşdırmasına görə, münasibətlərdəki problemlərin 69 faizi həmin "əbədi fikir ayrılıqlardan" qaynaqlanır. Birlikdə olmağı cəhənnəm əzabına döndərən əsas səbəb hansısa bir konflikt və ya ayrıca götülümüş bir hadisə yox, gah sönüb gah alovlanan problemlərdir.

"Bir çox halda münasibəti və ya nikahı bitirən səbəb od deyil, buz soyuqlğudur ", - deyə Maknalti vurğulayır.

Bəzi cütlüklər zamanla bir-birilə danışmağa və münasibətlərindəki əsas problemləri həll etməyə belə çətinlik çəkirlər. Onlar get-gedə bir-birindən uzaqlaşır və artıq sevgili və ya ər-arvad kimi yox, qonşu kimi bir yerdə yaşamağa başlayırlar.

Nəticə etibarilə ya bir başqasıyla yeni münasibətə başlamaq, ya da köhnə münasibəti təzələmək həvəsinə düşürlər. Maykl Maknalti belələrinə ehtiyatlı olmağı tövsiyə edir: "Biriylə münasibətiniz varsa və onu bitirmək istəyirsinizsə, mahiyyətcə 69%-lik "əbədi fikir ayrılığını" digər 69%-liyə dəyişməyə hazırlaşırsız".

Ancaq köhnə sevgilinizlə barışanda ən azı nəylə qarşılaşacağınızı və aranızdakı fikir ayrılıqlarının nələrdən ibarət olduğunu bilmiş olursuz. Bu baxımdan köhnə münasibətin bərpası çox da yaxşı tanımadığınız biriylə tanışlıqdan xeyli asan ola bilər.

"Birinci variantda nə vaxtsa bitirdiyiniz yerdən davam etməyə başlayırsız" - Nyu-Yorkdakı Kolumbiya Universitetinin Tiçers kollecinin ştatdankənar müəllimi, ailə məsələləri üzrə mütəxəssis və seksoloq Cudit Kuryanski belə deyir.

Bəziləri həqiqətən belə düşünürlər: haqqında nəsə bildiyinlə barışmaq heç tanımadığın başqasıyla yeni münasibətə başlamaqdan yaxşıdır.

Sevindirən dəyişikliklər

Köhnə münasibətin bərpasında daha bir müsbət məqam var: ayrıldığınız gündən bəri nələrin dəyişdiyini görə bilirsiz.

Yeni tanışınızla görüşməyə başlayanda isə belə şansınız olmur - siz onun zamanla necə dəyişdiyini və dəyişikliklərin müsbətə doğru olub-olmadığını görmürsüz.

Köhnə sevgilinizi isə "onda" və "indi" deyə müqayisə edə bilərsiz.

Kuryanski deyir ki, əvvəlki birlikdəliklərin bərpasına imkan verən ən önəmli səbəblərdən biri budur: hər iki tərəf böyüdüklərini, fərd olaraq daha yetkin hala gəldiklərini hiss edir.

Ekspertlər deyirlər ki, köhnə münasibəti alovlandırmaq hər adamın işi deyil, amma vaxtilə acı təcrübə yaşatmış olsa belə, bir-birini tanımaq müəyyən üstünlüklər yaradır

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Ekspertlər deyirlər ki, köhnə münasibəti alovlandırmaq hər adamın işi deyil, amma vaxtilə acı təcrübə yaşatmış olsa belə, bir-birini tanımaq müəyyən üstünlüklər yaradır

Qadınlara kömək edən "FemCity" təşkilatının rəhbəri, Mayamidən olan Violett de Ayala 2019-cu ildə əvvəlki əriylə yenidən nikaha girdiyini deyir:

"Yenidən görüşməyə başlamağımız çox xoş oldu, çünki bir-birimizi tanıyırdıq. Amma həm də nələrsə dəyişmişdi - hər ikimiz ehtiyac duyduğumuz istiqamətlərdə özümüzü inkişaf etdirmişdik və beləliklə də bir-birimizin qarşısına yenilənmiş şəkildə çıxmışdıq".

"Şəxsiyyətimizin bəzi elementləri inkişaf etmişdi və bu, yenidən qovuşma prosesini gözəlləşdirirdi", - deyə o əlavə edir.

"Artıq o, birlikdə olmağımızı adi, təbii bir şey kimi qəbul etmir. Mənə dərin mənası olan hədiyyələr almağa başlayıb. Tez-tez məni çox sevdiyini və mənə dəyər verdiyini deyir. Əvvəl bunların heç biri yox idi".

Amma uzun illər sonra keçmiş partnyorunuzla barışıb heç nəyin dəyişmədiyini, münasibətinizdəki əvvəlki toksikliyin yox olmadığını görməniz belə əvvəlki problemlərdən yayınmaq baxımından sizə müəyyən üsütnlüklər qazandırır.

"İnsanlar digər münasibətlərdə həyat təcrübəsi toplayandan, müdrikləşəndən sonra düşünürlər ki, bir vaxtlar aşa bilmədikləri maneələri artıq dəf edə belərlər" - Maknalti belə deyir.

Eyni zamanda, o vurğulayır ki, keçmiş birlikdəlikdə hansı problemlərin olduğunu və hazırda nələrin dəyişdiyini analiz etmək çox vacibdir.

"Apokalipsis fonunda sevgi və seks"

Bu dəfə hər şeyin başqa cür olacağına ümid edərək keçmiş birlikdəliyin burulğanına atılmazdan əvvəl özünüzdən bunu nə üçün etdiyinizi soruşun. Çünki işlər düşündüyünüz kimi getməyə bilər.

Əlbəttə, çoxdan tanıdığımız insan həyatımızı mənalandıra bilər, amma təsəlli tapmaq ümidimizin boşa çıxması ehtimalı da var - xüsusilə də indiki pandemiya xaosunda.

Ötən ilin may ayında - ölkələr bir-birinin ardınca qapadılanda İndiana Universitetinin araşdırması belə bir fakt aşkar edib: rəyi soruşulanların hər 5 nəfərindən biri izolyasiya dövründə keçmiş sevgilisiylə mesajlaşıb.

İzolyasiyadakı tənhalıqdan qurtulmaq üçün çoxları keçmiş sevgilisiylə mesajlaşıb

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

İzolyasiyadakı tənhalıqdan qurtulmaq üçün çoxları keçmiş sevgilisiylə mesajlaşıb

"Mən bunu apokalipsis fonunda sevgi və seks adlandırıram" - böhran dövrlərində (təbii fəlakətlər və terror aktları zamanı) insanlar arasında sevgi münasibətlərini araşdıran Kuryanski belə deyir.

Ekspert qeyd edir ki, bu, geniş yayılmış tendensiyadır - artıq gələcəyin olmayacağı fikri köhnə sevgiliylə əlaqələri bərpa etməyə sövq edir.

Hazırda Əfqanıstanda baş verənlər, təbii fəlakətlər və pandemiya fonunda insanlara elə gəlir ki, yaxınlaşmaqda olan Armagedon dövründə yaşayırlar. Buna görə də vaxtilə sevdikləri, yanlarında özlərini təhlükəsizlikdə hiss etdikləri şəxslə əlaqəni bərpa etmək istəyirlər.

Beləliklə, bu suala mümkün qədər səmimi cavab verməyə çalışın: köhnə sevgilinizlə nə üçün barışmaq istəyirsiz?

Onunla birlikdəliyiniz üçün darıxırsız və münasibətinizi bərpa etmək üçün maksimum səy göstərməyi düşünürsüz? Yoxsa qorxulu xəbər başlıqlarının sizdə yaratdığı narahatlıq və həyəcan hissini yatırmağa can atırsız? İkincisidirsə, bunu təhlükə barədə xəbərdarlıq siqnalı kimi qəbul edin.

Kuryanski məsləhət görür ki, köhnə birlikdəliyinizi bərpa etmək üçün hərəkətə keçməzdən əvvəl dostlarınızın və qohumlarınızın buna münasibətini öyrənin.

Yəqin ki, çoxunun reaksiyası mənfi olacaq, xüsusilə də sevgilinizdən qalmaqallı şəkildə ayrılmışdınızsa.

Ancaq sizin əsas məqsədiniz ətrafdakıların fikirlərini öyrənmək deyil. Onların reaksiyası sizi göydən endirə və keçmiş birlikdəliyinizin nə dərəcədə problemli olduğunu xatırlada bilər.

"Başqalarının fikirlərini eşitməyə hazır olun. "Nə?! Siz yenə birlikdə olacaqsız? Niyə? Zarafat olar!" - çoxu belə deyəcək".

Əvvəlcə köhnə münasibətinizin nə dərəcədə problemli olduğunu xatırlayın

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Əvvəlcə köhnə münasibətinizin nə dərəcədə problemli olduğunu xatırlayın

"Onlar köhnə xatirələri yadınıza salacaqlar" - Kuryanski belə deyir.

Siz bu xatirələrə münasibətinizi müəyyənləşdirməlisiz. Ən çətini isə onları yaxınlarınızla yox, keçmiş sevgilinizlə müzakirə etmək olacaq.

"Bu, dəf etməli olduğumuz ən çətin məqam idi - keçmişi keçmişdə qoymaq. Münasibətlərdə sizi geriyə çəkən o qədər çox tarixçə var ki. Ancaq siz razılığa gəlməlisiz ki, bir-birinizi bağışlayaraq, ünsiyyətdə olaraq və hər şeyin yenidən - təmiz vərəqdən başladığını hiss edərək irəliləyəcəksiz".

Yəqin bəzən çoxumuza elə gəlir ki, keçmiş sevgimizin həsrətini çəkirik. Əgər bu hissə reallıq şərçivəsində və ağılla yanaşsaq, bəlkə də hansısa müsbət nəticə əldə etmək olar. Amma yalnız o halda ki, hər iki tərəf eyni düşüncədə olsun, münasibəti bərpa etmək üçün nə tələb olunduğunu hər ikisi yaxşı bilsin./bbc.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qısa ətəkli Cennifer Lopez: "Özümdən balaca kişilərlə..."

    Qısa ətəkli Cennifer Lopez: "Özümdən balaca ...

    21-02-2017, 15:23

  • 
  • Qocalmaq bilməyən Cennifer Lopez- FOTOSESİYA

    Qocalmaq bilməyən Cennifer Lopez- FOTOSESİYA ...

    29-05-2013, 18:55

  • 
  • Cennifer Lopez: "Bu yaşda belə seksual görünəcəyimi bilməzdim"

    Cennifer Lopez: "Bu yaşda belə seksual ...

    5-03-2016, 21:09

  • 
  • Cenifer Lopez: "Mən də aldadıldım"

    Cenifer Lopez: "Mən də aldadıldım" ...

    19-01-2015, 14:11

  • 
  • Cenifer Lopez şantaj olunur: Seks görüntülərini yayacam

    Cenifer Lopez şantaj olunur: Seks görüntülərini ...

    28-09-2015, 15:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu